İqtisadi gündəm
İranın ən böyük banklarından biri idi, müflis elan edildi
İranın ən böyük banklarından biri olan "Ayande Bank" aktivlərinin dövlət mülkiyyətinə keçməsi ilə rəsmi şəkildə müflis elan edilib.
Publika.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, 2012-ci ildə yaradılan bankın ölkə üzrə 260 filialı və 4 min əməkdaşı var idi.
Məlumata görə, "Ayande Bank" son illərdə yığılan maliyyə problemləri səbəbindən fəaliyyətini davam etdirə bilməyib. Bankın ümumi itkiləri 5.2 milyard dollar, borcları isə 2.9 milyard dollar təşkil edib.
13 illik fəaliyyət və 10 ildən çox restrukturizasiya cəhdlərindən sonra bu ayın əvvəlində bank rəsmi olaraq müflisliyini elan edib. Bütün aktivlər, depozitlər və filiallar İran Milli Bankına köçürülüb.
"Ayande Bank" ölkənin bank sistemindəki bütün müflisləşmələrin 42 faizini təşkil edir və "müflisləşmiş bankların nəhəngi" adlandırılır. Onun böhranının əsas səbəbi qeyri-real yüksək faiz dərəcələri və lüks layihələrə, o cümlədən Tehrandakı "Iran Mall" ticarət kompleksinə yatırılan böyük vəsaitlər olub.
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi












.jpg)


.jpg)

.jpg)

















.jpg)

