Sosial
Hərbi xidmət müddəti azaldılır? - Rəsmi
Həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil.
Publika.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, son günlər “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna, habelə “Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə bir sıra dəyişikliklərin edilməsi məsələsi cəmiyyətdə geniş müzakirə olunur:
"Lakin əfsuslar olsun ki, bəzi xəbər saytlarında, sosial şəbəkə səhifələrində tirajlanan xəbərlər, həmçinin ekspertlər tərəfindən bildirilən fikirlər ictimaiyyət arasında çaşqınlıq yaradıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qanunun müvafiq müddəalarının təkmilləşdirilməsinə dair təkliflər verib və layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə təqdim edilib.
Hazırda komitə üzvləri tərəfindən dəyişikliklər müzakirə olunub və Milli Məclisin plenar iclasına çıxarılıb. Milli Məclis tərəfindən qəbul edildiyi və ölkə başçısı tərəfindən imzalandığı təqdirdə qanunun yeni müddəaları qüvvəyə minəcək".
Məlumata görə, sözügedən məsələ ilə bağlı hələlik qanuna heç bir dəyişiklik edilməyib:
"Sadəcə, bir qədər səbirli olub, nəticəni gözləmək lazımdır. Dəyişikliklər bir sıra yenilikləri nəzərdə tutur. Lakin həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil. Yəni alitəhsilli çağırışçılar əvvəllər olduğu kimi, 12 ay, digər hallarda isə 18 ay müddətində həqiqi hərbi xidmətə gedəcəklər".
-
Dünya12:20
Suriya ilə Kreml arasında gizli danışıq: Moskva Əsədi ekstradisiya edəcək?
-
Sosial12:12
Azərbaycanda bu şəxslərin maaşı 3600 manata qaldırıldı
-
Sosial11:24
Dəniz Əsədova hakim qarşısında
-
Cənubi Qafqaz11:12
Avropadan Paşinyana verilən bahalı hədiyyə qalmaqal yaratdı - FOTO
-
Dünya10:24
Əsədin qardaşının villasından şok görüntülər: Görün nə istehsal edirmişlər
-
Dünya10:06
Az qaldı: 2030-cu ildən sonra dünya ancaq bu ətdən yeyəcək
-
Region09:12
Türkiyə bundan imtina etsə, nəticəsi ağır olacaq - Muradyanın iddiası
-
MDB09:00
Moskvada güclü partlayış: general həlak oldu - VİDEO