Dünya
Suriya ilə Kreml arasında gizli danışıq: Moskva Əsədi ekstradisiya edəcək?
Rusiyanın Suriyadan yavaş-yavaş çəkildiyi iddialarına cavab olaraq “The Economist” Moskva ilə “Heyət Təhrir əş-Şam" (HTŞ) arasında danışıqların artıq başladığını açıqlayıb. Suriyanın yeni liderlərinin çətin qərarlar qarşısında qaldığını iddia edən qəzet, Moskvanın Tartus limanına və Hmeymim hava bazasına çıxışı davam etdirməsi müqabilində Suriyaya humanitar dəstək vəd etdiyini yazıb.
Publika.az xəbər verir ki, nəşr Suriyanın yeni liderləri ilə Kreml arasında gizli danışıqların baş tutduğunu qeyd edib.
HTŞ mənbəsi iddia edib ki, yeni administrasiya Rusiyaya bazalarının bir qismini və ya hamısını saxlamağa icazə verəcək. Çox güman ki, Tartus limanının icarəsi davam edəcək. HTŞ həmçinin Əsədin ekstradisiyasının çətin olduğunu etiraf edib. Qəzetə danışan mənbə “Qırmızı xətlər yoxdur” deyərək danışıqların ideologiyaya deyil, maraqlara əsaslandığını vurğulayıb.
Rusiya Tartus limanına və Hmeymim hava bazasına çıxışın davam etdirilməsi müqabilində Suriyaya humanitar dəstək vəd edib, lakin yeni administrasiya bunun kifayət etməyəcəyini deyir. Çünki onlar Rusiya ilə diplomatik və iqtisadi əlaqələr qurmaq istəyirlər.
“The Economist” onu da bildirib ki, suriyalılar arasında geniş yayılmış nifrətə baxmayaraq, HTŞ Rusiyadan qisas almaq niyyətində görünmür.
Aysel Şahmar
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük uğurlar qazanacaqsınız
-
Sosial6 Yanvar 23:00Dəm qazından boğulub ölən Şükranın FOTOSU
-
MDB6 Yanvar 22:12Qardaş ölkədən ÜZÜCÜ XƏBƏR - 15-ə yaxın xəsarət alan var
-
Sosial6 Yanvar 21:36Dubaydakı dəbdəbəli toyun sahibi bu deputatın qardaşı imiş - VİDEO
-
Magazin26 Yanvar 21:00“Eşref Rüya” izləyicilərinə PİS XƏBƏR
-
ABŞ6 Yanvar 20:36"Lənət şeytana, pressinq et" - Alonso ona qışqırıb
-
Sosial6 Yanvar 20:00Leyla Sarabiyə vəzifə verildi
-
Sosial6 Yanvar 17:47Azər Zahid və köməkçisi barədə cinayət işinə xitam verildi














.jpg)

















.jpg)
