Dünya
ABŞ-dan Şimali Koreyaya xəbərdarlıq: Əsgərlərin Ukrayna sərhədini keçsə...
ABŞ Dövlət Departamenti Kursk bölgəsində Şimali Koreya hərbçiləri arasında itkilərin olduğunu bildirib. Şimali Koreya əsgərlərinin hərbi əməliyyatlarda iştirak etmək üçün Ukrayna ərazisinə daxil olmasını potensial eskalasiyanın artması kimi qiymətləndiriləcəyi barədə xəbərdarlıq edib.
Publika.az “European Truth”a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.
Millerdən Şimali Koreya qoşunlarının sərhədi keçəcəyi təqdirdə Ukrayna üçün qanuni hədəf olub-olmayacağı soruşulub. O bildirib ki, ABŞ-ın fikrincə, Kursk bölgəsində yerləşdirilən Şimali Koreya ordusu artıq qanuni hədəflərdir.
“Onlar müharibəyə girdikləri üçün döyüşçüdürlər və Ukrayna hərbçilərinin qanuni hədəfləridir”, - deyə o vurğulayıb.
Miller qeyd edib ki, Şimali Koreya əsgərlərinin Rusiyada döyüş meydanında həlak olduğunu görüb.
Miller əlavə edib ki, bu hadisələr kontekstində Birləşmiş Ştatlar son həftələrdə Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş addımlar atır və biz bunu davam etdirəcəyik.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Şimali Koreya bölmələri azı 30 əsgərini itirib.
Pentaqonun sözçüsü, general-mayor Pat Rayder isə bildirib ki, Amerika tərəfinin məlumatına görə, Şimali Koreya qoşunları ilk olaraq Kursk bölgəsində Rusiya qüvvələri ilə döyüşə girib və itkilər verib.
Adəm Abbaslı
-
İdman22:48Bellingemin 50 yaşlı atası millidə debüt etdi - 7 qol vurdu
-
Magazin121:48"İndi də Namiq Qaraçuxurlu ilə duet oxumaram"
-
İdman20:48"Yuventus" onu transfer etmək istəyir
-
Sosial20:24Yeni icra başçısı birinci müavinini vəzifəsindən azad etdi - FOTO
-
Sosial19:12Bəxtiyar Dali tək deyilmiş - Həmin qızın vəkili danışdı
-
Avropa19:00Yeri qazıb unikal qarışqa yuvasını oğurladılar
-
Nəqliyyat18:48İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Magazin218:24Belə getsə, soyadını daşıyan övladı qalmayacaq - FOTO



























.jpg)


