Nəqliyyat
Həqiqət, yoxsa şayiədən doğan TƏLAŞ: Gələn il bu avtomobillərə vergi tətbiq olunacaq?
Son zamanlar sosial şəbəkələrdə gələn il dizel mühərrikli avtomobillərə verginin tətbiq olunacağı ilə bağlı şayiələr dolaşmaqdadır. Qeyd edək ki, bu, ekologiyanın qorunması və atmosferə atılan zərərli tullantıların azaldılması ilə əsaslandırılır.
Məsələnin maraqlı tərəfi ondadır ki, yayılan məlumatlarda sözügedən qərarın minik avtomobilləri ilə yanaşı sərnişindaşımaya və digər sahələrə də şamil edilib-edilməyəcəyinə dair heç bir bilgi yoxdur. Bu isə əhali arasında ciddi narahatlıq yaradır. Çünki hazırda dizel yanacağından sərnişindaşımada, kənd təsərrüfatında və tikinti sektorunda geniş şəkildə istifadə olunur. Odur ki, dizelə verginin tətbiq olunması və ya bu yanacağın bahalaşması qeyd olunan sahələrdə ciddi qiymət artımına gətirib çıxara bilər.
Mövzu ilə bağlı Publika.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, dizel mühərrikli avtomobillərə verginin tətbiq olunması ilə bağlı yayılan məlumatlar şayiədən başqa bir şey deyil:
“Bir müddətdir ki, dizel yanacağı ilə işləyən avtomobillərə vergi tətbiq olunması ilə bağlı xəbərlər gəzir. Bu yalandır, belə bir hadisənin baş verməsi mümkün deyil. Ölkənin şah damarı hesab olunan əsas nəqliyyat və sərnişin daşımaları, eyni zamanda kənd tərsərrüfatı texnikaları dizel yanacağı ilə işləyir. Mümkün deyil ki, buna vergi tətbiq edilsin. Bu tipli xəbərlər doğru deyil, şayiədir. Dizel mühərrikli avtomobillərə vergi tətbiq edilməsinin ehtimalı belə yoxdur”.

İqtisadçı-ekspert Razi Abbasbəyli isə qeyd edib ki, son illər Azərbaycana idxal edilən dizellə işləyən nəqliyyat vasitələri 70-80 faiz təşkil edir:
“Dizel yanacağı ilə işləyən nəqliyyat vasitələrinə əlavə verginin tətbiqi müzakirə edilir. Lakin burada söhbət avtonəqliyyat vasitələrindən gedir. Çünki bu, ekoloji baxımından ölkəmiz üçün zərərlidir. Artıq inkişaf etmiş dövlətlər dizel mühərrikli nəqliyyat vasitələrindən imtina edirlər. Bu imtina isə 3-cü qrup ölkələrdə dizel mühərrikli avtomobillərin ucuz qiymətə idxalını sürətləndirir. Azərbaycan da bu kateqoriyadan olan ölkələr sırasındadır.

Bu nəqliyyat vasitələrindən istifadə atmosferə buraxılan çirkli qazların həcminin artmasına gətirib çıxarır. Ölkə üzrə dizel yanacağının qiymətinin artmasından isə söhbət gedə bilməz. Burada məqsəd dizel mühərrikli avtomobillərin idxalını yavaşlatmaqdır. Dizel yanacağının qiymətinin artması bazar-ticarət münasibətlərində bahalaşmaya səbəb ola bilər”.
Aysel Şahmar
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu
-
Magazin225 Aprel 21:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir
-
Sosial25 Aprel 20:48Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO
-
Sosial25 Aprel 19:36Polisdən əməliyyat: 153 nəfər saxlanıldı
-
Elm və təhsil25 Aprel 19:24İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi
-
Magazin225 Aprel 18:48"Mələk"dən cəsarətli poza - Zərifliyi ilə heyran etdi / FOTO






































.png)