İdman
2025-ci ildə beynəlxalq oyunlarda ən çox qol vuran futbolçu kim oldu?
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) kişilər arasında beynəlxalq matçlarda 2025-ci ilin ən çox qol vuran oyunçusunun adını açıqlayıb.
Publika.az xəbər verir ki, bu nominasiyada Norveç millisinin və “Mançester Siti”nin hücumçusu Erlinq Haaland birinci olub.
Haaland 2025-ci ili 29 qolla başa vurub. Onun qollarından 12-si “Mançester Siti”nin, 17-si isə Norveç millisinin heyətində qeydə alınıb. Bu göstərici futbol tarixində yalnız Kriştiano Ronaldonun 2017-ci ildə müəyyən etdiyi 32 qolluq rekorddan geri qalır və ikinci ən yüksək illik nəticə hesab olunur.
Qeyd edək ki, 2025-ci ilin yekun "üçlüy"ü də tarixə düşüb. Belə ki, podium bütün dövrlərin ən məhsuldar beynəlxalq qolçularından ibarət olub. İngiltərə millisinin hücumçusu Harri Keyn 23 qolla ikinci yeri tutub. Bu nəticə 2013-cü ildə Maldiv millisinin üzvü Əli Aşfaqın göstərdiyi göstərici ilə eynidir. Həmin il Aşfaq 25 qol vuran Kriştiano Ronaldodan sonra ikinci olmuşdu.
Üçüncü pillədə qərarlaşan Kilian Mbappe isə 22 qolla beynəlxalq arenada üçüncü yer üçün yeni rekord müəyyənləşdirib. Bu nəticə 2000-ci ildə Romario, Rivaldo, Əli Dayi və Bəşər Abdullahın hərəsinin 21 qol vurduğu göstəricini üstələyib.
Heybət
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman2 Aprel 19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir









.jpg)


.jpg)






















