Dünya
Bu ölkədə dəhşət: 11 min insan evini tərk edib
Haitidə son günlər qruplaşmaların törətdiyi zorakılıqlar səbəbindən təxminən 11 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) hesabat dərc edib.
Hesabatda paytaxt Port-au-Prinsin bəzi bölgələrində dəstələrin səbəb olduğu məcburi köçün artdığı bildirilib.
Qeydlərə əsasən, 2024-cü ildə Haitidə silahlı dəstələrin hücumları nəticəsində 5 mindən çox insan həlak olub.
İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) analizinə görə isə, ölkə əhalisinin yarısını təşkil edən 5,4 milyon haitili gündəlik qidalanmaqda çətinlik çəkir.
İllərdir siyasi, iqtisadi və təhlükəsizlik böhranları kimi problemlərlə mübarizə aparan Haiti 11 milyonu keçən əhalisi ilə aclıq təhlükəsi ilə üz-üzədir.
Silahlı dəstələrin paytaxtın 80 faizinə nəzarət etdiyi ölkədə zorakılıq artmaqdadır.
Roza
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...















.jpg)















.jpg)
.jpg)

