ABŞ
Baydenin həyat yoldaşı xarici liderlərdən görün nələr alıb - Gözqamaşdıran SİYAHI
2023-cü ildə ABŞ-ın birinci xanımı Cil Bayden Hindistanın baş nazirindən digər hədiyyələrlə yanaşı, 20 min dollarlıq brilyant alıb.
Publika.az "Associated Press"ə istinadən xəbər verir ki, illik hesabatda əcnəbi liderlərin Amerikanın “birinci ailəsinə” verdikləri hədiyyələrin təfərrüatları yer alır və onların əksəriyyəti Milli Arxivdə saxlanılır.
Hindistanın baş naziri Narendra Modinin 7,5 karatlıq brilyantı 2023-cü ildə birinci ailənin hər hansı bir üzvünə verilən ən bahalı hədiyyə idi, baxmayaraq ki, o, Ukraynanın ABŞ-dakı səfirindən 14 063 dollar dəyərində broş, qolbaq və Misir prezidenti ilə xanımından 4510 dollar dəyərində olan albom qəbul etmişdi.
ABŞ prezidentinin özü bir sıra qiymətli hədiyyələr, o cümlədən hərbi çevrilişdən sonra bu yaxınlarda vəzifəsindən uzaqlaşdırılan Cənubi Koreya prezidenti Yoon Suk-Yeoldan 7100 dollar dəyərində xatirə fotoalbomu, Monqolustanın Baş nazirindən monqol döyüşçülərini simvolizə edən 3495 dollar dəyərində heykəlcik alıb. Bruney Sultanından 3300 dollar dəyərində gümüş kasa, İsrail prezidentindən 3160 dollar dəyərində gümüş nimçə və Ukrayna prezidenti Vladimir Zelenskidən 2400 dollar dəyərində hədiyyə qəbul edib.
Bildirilir ki, ABŞ federal qanunu icra hakimiyyətinin məmurlarından xarici liderlərdən və həmkarlarından təxmini dəyəri 480 dollardan çox olan hədiyyələri bəyan etmələrini tələb edir.
Bu meyara cavab verən hədiyyələrin çoxu nisbətən təvazökardır və daha bahalı olanlar adətən Milli Arxivə verilir və ya rəsmi sərgiyə qoyulur.
Dövlət Departamentinin sənədinə əsasən, 20 min dollarlıq brilyant rəsmi istifadə üçün Ağ Evin Şərq Qanadında, prezident və birinci xanıma verilən digər hədiyyələr isə arxivdə saxlanılıb. Alıcıların ABŞ hökumətinin hədiyyələrini bazar qiymətinə almaq imkanı da var, baxmayaraq ki, bu, xüsusilə yüksək səviyyəli əşyalar üçün nadir hesab olunur.
Federal Reyestrdə dərc olunacaq siyahını tərtib edən Dövlət Departamentinin Protokol Ofisinin məlumatına görə, CİA-nın bir neçə əməkdaşı dəbdəbəli saatlar, ətirlər və zərgərlik məmulatları hədiyyə aldıqlarını bildiriblər, onların demək olar ki, hamısı məhv edilib. Məhv edilmiş hədiyyələrin ümumi dəyəri 132 min dolları ötüb.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns şəxsiyyəti məxfi olan xarici mənbədən 18 min dollar dəyərində teleskop alıb. Bu hədiyyə Ümumi Xidmətlər Administrasiyasına verilib. Lakin Burns deyib ki, o, 11.000 dollarlıq "Omega" saatı alıb və məhv edib.
Adəm Abbaslı
-
İdman15:15
Ronaldodan acı etiraf: Bu iki klubla rəqabət aparmaq çətindir
-
Ekologiya15:05
Hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ
-
Nəqliyyat14:45
Bakıdan bu şəhərə aviareys ləğv edildi
-
Magazin114:15
Azər Baxşəliyev dəfn olundu - Fotolar/Yeniləndi
-
Ekologiya13:05
Yeni ilin ilk iş günündə hava necə olacaq?
-
Sağlamlıq12:15
Metapnevmovirus yayılır - Bu yaşlarda olanlar TƏHLÜKƏDƏDİR
-
Ekopublika.az12:05
Bu mərtəbələrdə yerləşən mənzillərə tələbat artıb - Ekspert səbəbini açıqladı
-
İdman11:35
Maqnus Karlsen evləndi - FOTOLAR