Sosial
Gedişhaqqı artır, xidmət dəyişmir - “Düşəndə gödəkçən ilişib cırılır” - VİDEO
Azərbaycanın əksər bölgələrində şəhərdaxili marşurutlarda gedişhaqqi ötən ildən artırılsa da, sərnişindaşıma xidmətinin keyfiyyətdə heç bir dəyişiklik yoxdur.
Publika.az xəbər verir ki, bu barədə Xəzər TV süjet hazırlayıb. Qeyd olunur ki, sərnişinlər ödədikləri gedişhaqqına görə göstərilən xidmətdən narazıdırlar.
Demək olar ki, əksər rayonlarda vəziyyət eynidir. Məsələn, Tovuzda 104 kiçiktutumlu mikroavtobusdan 49-u şəhərdaxili, 55 nəqliyyat vasitəsi isə kəndlər üzrə işləyir. Ötən ilin yayından avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik təyin edilsə də, göstərilən xidmət sərnişinləri qane etmir.
Onların sözlərinə görə, marşrut avtobusları o qədər köhnədir ki, keçəndə paltarları ilişib cırılır: “Keyfiyyət demək olar ki, yoxdur. Düşəndə gödəkçən oturacağa ilişib cırılır. 50 qəpik verməyə dəymir...”
Tovuzda hələ ki, sözügedən mikroavtobusların iritutumlu nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində heç bir addım atılmayıb. Mingəçevir şəhərinin daxilində fəaliyyət göstərən marşurt avtobuslarının da əksəriyyəti belədir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Mingəçevirin şəhərdaxili marşrut şəbəkəsi qurumun mütəxəssisləri tərəfindən ətraflı təhlil olunub. Şəhərin bütün yaşayış massivlərini və ərazilərini əhatə edən optimal ictimai nəqliyyat şəbəkəsi hazırlanıb. Sərnişin tələbatına uyğun olaraq avtobusların sayı və tutumu nəzərə alınan layihənin həyata keçirilməsi istiqamətində işlər görülür.
O da qeyd edilib ki, bölgələrdə daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən, o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı tapşırıqlar qoyulub.
Daha ətraflı videosüjetdə:
-
Nida Xəbər 12:12
İrəvan təsdiqlədi: Yaxın günlərdə Azərbaycanla Ermənistan arasında...
-
İqtisadi gündəm11:36
Xəbərdarlıq edildi: İlin sonuna qədər qızıl bahalaşaraq bu qiymətə olacaq
-
Sosial11:06
Onların kredit borcları silindi
-
Dünya10:18
Dünyanın ən dəhşətli tıxacları olan şəhərlər açıqlandı - Bakı var?
-
Qoroskop09:38
Məşhur astroloqdan 4 bürcə müjdə: bu il milyonçu olacaqlar
-
Dünya09:13
Qorxunc proqnoz: Bu tarixdə ölkədə 14 yaşından kiçik yalnız bir uşaq qalacaq
-
Region08:24
Türkiyə səhər saatlarında SİLKƏLƏNDİ
-
Avropa07:47
Britaniyada FÖVQƏL VƏZİYYƏT: xəstəxanalar viruslu xəstələrlə doldu