Sosial
Əli Əsədov daha bir qərar imzaladı
Müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib.
Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar üzrə rəsmiləşdirilən dəyişikliklə Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarının 10 nömrəli əlavəsi yeni redaksiyada təqdim edilib.
Qərarın qəbul olunduğu 1997-ci ildən bəri sənəd, dövrün və qanunvericiliyin tələblərinə uyğun şəkildə təkmilləşdirilmədiyi üçün dövlət sifarişi ilə istehsal olunan kinofilmlərin yaradıcılarına müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yaranan münasibətlər faktiki olaraq tənzimlənə bilmirdi.
Filmlərin yaradıcılarına ödənilməli olan minimum müəllif qonorarlarının, quruluş haqlarının və digər haqların məbləği denominasiyadan əvvəlki göstəricilərlə müəyyən edildiyindən, müəlliflərin əməyinin obyektiv qiymətləndirilməsi mümkün olmurdu.
Bu səbəbdən, dövlət sifarişi ilə istehsal olunan kinofilmlərin çəkilişi ilə bağlı mövcud Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarının 10 nömrəli əlavəsinə aidiyyəti qurumlarla (Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və Əqli Mülkiyyət Agentliyi) razılaşdırılmaqla Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilən layihə əsasında müvafiq dəyişikliklərin edilməsi, müəlliflərin əməyinin obyektiv qiymətləndirilməsinə zəmin yaradacaq.
Filmlərin ədəbi ssenariləri üçün müəlliflik hüquqlarına görə ödənilən müəllif qonorarının minimum məbləği filmin növündən və ssenarinin orijinallığından asılı olaraq aşağıdakı kimi müəyyən edilir:
(min manatla) |
||
Filmin növü |
Orijinal ədəbi ssenari |
Dərc olunmuş əsərin motivləri əsasında yazılan ssenari |
Tammetrajlı bədii film |
10,0 |
4,8 |
Qısametrajlı bədii film və ya çoxseriyalı filmlərdə hər bir seriya üçün |
1,2 |
0,6 |
Tammetrajlı cizgi filmi |
4,0 |
2,0 |
Tammetrajlı sənədli film |
4,0 |
3,0 |
Qısametrajlı sənədli film və ya çoxseriyalı filmlərdə hər bir seriya üçün |
1,2 |
1,0 |
Qısametrajlı cizgi filmi və ya çoxseriyalı filmlərdə hər bir seriya üçün |
1,2 |
1,0 |
Filmlərin orijinal musiqisinə görə filmlərə musiqi bəstələyən bəstəkarlara ödənilən müəllif qonorarının minimum məbləği filmin növündən və həcmindən asılı olaraq aşağıdakı kimi müəyyən edilir:
(min manatla) |
|
Filmin növü |
Orijinal musiqi |
Tammetrajlı bədii film |
4,8 |
Tammetrajlı sənədli film və ya tammetrajlı cizgi filmi |
2,0 |
Qısametrajlı bədii film və ya cizgi filmi, çoxseriyalı filmlərdə hər bir seriya üçün |
0,6 |
Qısametrajlı sənədli film və ya çoxseriyalı filmlərdə hər bir seriya üçün |
0,4 |
Filmin digər müəlliflərinə ödənilən müəllif qonorarının minimum məbləği filmin növündən və həcmindən asılı olaraq aşağıdakı kimi müəyyən edilir:
(min manatla)
Filmin digər müəllifləri |
Bədii film |
Sənədli və ya cizgi film |
||
tammet- rajlı |
qısametrajlı (hər bir seriya üçün) |
tammetrajlı (beş və daha çox seriya üçün) |
qısametrajlı (hər bir seriya üçün) |
|
Quruluşçu rejissor |
9,0 |
1,4 |
4,0 |
1,0 |
Quruluşçu operator |
7,0 |
1,0 |
3,0 |
0,8 |
Quruluşçu rəssam |
4,0 |
0,6 |
2,6 |
0,5 |
Müəllif qonorarlarının ödənilməsi qaydaları
Bu Qaydalara uyğun olaraq ödənilən müəllif qonorarları dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait çərçivəsində filmin istehsalçısı (prodüseri) tərəfindən filmin çəkilişi üçün müvafiq qaydada təsdiq edilmiş smeta xərcləri üzrə ödənilir.
Müəllif qonorarının ödənilməsi şərtləri filmin istehsal prosesinin mərhələlərindən və yerinə yetirilən işin həcmindən asılı olaraq filmin istehsalçısı
(prodüseri) ilə filmin müəllifləri arasında bağlanılan müqavilədə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Müəllif qonorarının məbləği müəyyən edilərkən əsərin bədii-ideya səviyyəsi, mövzunun aktuallığı, filmin istehsalı prosesinin mürəkkəbliyi, ssenarinin orijinallığı, filmin müəlliflərinin peşəkarlıq səviyyəsi və xüsusi nailiyyətləri (qanunvericilikdə nəzərdə tutulmuş müvafiq fəxri adlara və ya digər mükafatlara malik olması) və bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitin məbləği nəzərə alınır.
Bəstəkarın yaratdığı musiqi əsəri filmin rejissor həllinə uyğun gəlmədikdə və başqa bir bəstəkara musiqi sifariş verilməli olduqda, musiqi əsərini hazırlamış bəstəkara müəllif qonorarının ümumi məbləğinin 50 (əlli) faizinə qədəri ödənilir.
Filmin müəllifi qismində bir neçə şəxs çıxış etdikdə, hər bir müəllifə ödəniləcək müəllif qonorarının ümumi məbləği yerinə yetirdikləri işə mütənasib olaraq həmin şəxslər arasında bölüşdürülür.
Filmin istehsalı prosesində məsləhətçilər tələb olunduqda, filmin istehsalçısı (prodüseri) tərəfindən müvafiq sahə üzrə məsləhətçilər dəvət edilə bilər. Məsləhətçi ilə filmin istehsalçısı (prodüseri) arasında yerinə yetiriləcək xidmətlərə dair mülki-hüquqi müqavilə bağlanılır.
Filmin istehsalına yetkinlik yaşına çatmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslər cəlb edildikdə, görüləcək işlər və ödənişlə bağlı müvafiq mülki- hüquqi müqavilə filmin istehsalçısı (prodüseri) ilə həmin şəxslərin qanuni nümayəndəsi (qəyyumu və ya himayəçisi) arasında bağlanılır.
Dövlət sifarişi ilə istehsal edilən filmlərin yaradılma proseslərinə cəlb olunmuş digər yaradıcı heyətinin üzvlərinə ödənilən haqlar filmin istehsalına ayrılan maliyyə vəsaiti çərçivəsində prodüserlə həmin yaradıcı heyətin üzvləri arasında bağlanılmış müqavilə ilə müəyyənləşdirilir.
Yekun müddəalar
Dövlət sifarişi ilə film istehsalı üçün filmin müəlliflərinə ödənilən müəllif qonorarlarının məbləğinin bu Qaydalarla müəyyən edilmiş həddən aşağı səviyyədə müəyyənləşdirilməsinə yol verilmir.
Dövlət sifarişi ilə istehsal edilən film istehsalçı (prodüser) tərəfindən bir nüsxədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müəyyən etdiyi qaydada Azərbaycan Dövlət Film Fonduna müvafiq daşıyıcıda təhvil verilməlidir.
-
Magazin120:00
Son günlərdə həbs olunan tiktokerlərin SİYAHISI
-
İdman19:50
Olimpiya çempionu yarıçılpaq şəkildə konfet reklam etdi: ara qarışdı – FOTO
-
Sosial19:10
Bu şirkətlərin quş əti məhsullarını almayın! - "Salmonella" aşkarlandı
-
Elm və təhsil17:55
Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı
-
Dünya17:01
Hər şeyi yanan ermənilərin sığorta ümidi də puç oldu: Los-Anceles fəlakəti
-
Sosial16:13
Bakıda qadın bud əməliyyatına girdi, burnunu kəsdilər
-
Sosial15:20
Samir Şərifovu bu nazir əvəzləyəcək
-
Rəsmi xronika14:50
İlham Əliyev daha iki fərman imzaladı