Region
Rusiya "bahalıdır" dedi, Türkiyədən almağı dayandırdı: bu ölkələrə üz tutdular
2024-cü il ərzində Rusiya vətəndaşlarının xaricdə daşınmaz əmlak almasına tələbat təxminən 25 faiz azalıb.
Publika.az “Kommersant” qəzetinə istinadən xəbər verir ki, bu azalma xüsusilə Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi məşhur destinasiyalarda daha aydın hiss olunur.
Qəzetə danışan ekspertlər 2022-2023-cü illərdə yaşanan tələb artımının yüksək həddə çatdığını və bu azalmada beynəlxalq ödəniş əməliyyatlarındakı çətinliklərin təsirli olduğu qənaətindədirlər. Türkiyədə daşınmaz əmlak alışları 48,6 faiz azalarkən, BƏƏ-də bu nisbət 40,4 faiz olaraq qeyd edilib.
Məlumata görə, 2024-cü ildə Türkiyədən alınan evlərin sayı əvvəlki ilə nisbətən 45% azalaraq təxminən 1100-ə düşüb. Eynilə Misir, Kipr, Finlandiya və İtaliya kimi ölkələrdə də tələbdə ciddi azalmalar müşahidə olunub.
Ekspertlər bu azalmanı bir neçə amillə əlaqələndirirlər. 2022-2023-cü illərdə artan tələb investisiya və köçürmə məqsədləri üçün əməliyyatları əhatə etdiyi halda, 2024-cü ildə investor marağında azalma qeyd edilib. Bundan əlavə, rublun ucuzlaşması və xarici ödəniş sistemlərindəki çətinliklər alış əməliyyatlarına təsir edən digər mühüm amillərdəndir. Digər tərəfdən, Monteneqro və Bolqarıstan kimi ölkələrdə tələbatda məhdud artımlar müşahidə edilib.
Bir çox rusiyalı alıcıların marağı ucuz qiymətə istiqamətlərə yönəlməyə başlayıb. Cənub-Şərqi Asiya, xüsusən də Tayland və Bali kimi bölgələr həm yaşayış, həm də investisiya məqsədləri üçün cəlbedici seçimlər kimi fərqlənir. Bu bölgələrdə daşınmaz əmlak qiymətlərinin nisbətən aşağı, 100 min dollar civarında olması daha geniş kütlənin diqqətini cəlb edir.
Sektor ekspertləri 2025-ci il üçün gözləntilərin tarazlı olduğunu bildiriblər. Tələb səviyyəsinin 2024-cü ildəki səviyyələrdə qalacağı gözlənilir. Bununla belə, məzənnə dəyişikliyi və geosiyasi risklər bazara təzyiq göstərməkdə davam edə bilər. Həmçinin Asiya və Macarıstan kimi regionlara marağın artması bazarın bərpasına kömək edə bilər.
Akqabay
-
Qoroskop01:40Günün ulduz falı: gözlənilməz bir mesaj və ya görüş gözlənilir
-
Hadisə00:15Bakı metrosunda nasazlıq - Sərnişinlər düşürüldü
-
İdman5 Dekabr 23:35"DÇ-2026"nın final mərhələsinin püşkü atıldı - Qruplar
-
İKT5 Dekabr 21:39İlon Maska zərbə: "X" 120 milyon avro cərimələndi
-
Dünya5 Dekabr 20:00Dünya tikan üstündədir: "Yadplanetli gəmi" hökumətləri hərəkətə keçirdi
-
MDB5 Dekabr 19:50Peskovun qızı iddialı libasda - FOTOLARI gündəm oldu
-
Səhiyyə5 Dekabr 19:00Bu həkimlər işləyə bilmək üçün rüşvət verib - Siyahı və məbləğ
-
Hadisə5 Dekabr 18:40Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin son durumu açıqlandı





















.jpg)



.jpg)












