Dünya
Hər şeyi yanan ermənilərin sığorta ümidi də puç oldu: Los-Anceles fəlakəti
Los-Ancelesdə vəziyyət kritik olaraq qalır. Şəhəri bürümüş iki böyük yanğının qarşısı hələ də alınmayıb.
Publika.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a Los-Ancelesdə yaşayan erməni jurnalist Vruyr Tadevosyan məlumat verib.
Onun sözlərinə görə, yanğın artıq ermənilərin sıx yaşadığı ərazilərə çatıb. Yaşayış məntəqələrində, müəssisələrdə, həmçinin məktəblərdə və kilsələrdə ciddi dağıntılar qeydə alınıb. Dəymiş ziyanın miqyası ilə bağlı hələlik dəqiq məlumat yoxdur, lakin yanğının beş kilsə, yeddi məktəb və iki böyük kitabxana da daxil olmaqla 10 mindən çox binanı məhv etdiyi məlumdur.
“Los-Ancelesdə yanğının ərazisi artıq 117 kvadrat kilometrə çatıb. Bu, baş verənlər Hollivud blokbasterindən olan görüntüləri xatırladır. Yanğın genişlənməkdə davam edir və itkilərin miqyası artır”, - deyə jurnalist qeyd edib.
Qeyd olunur ki, səlahiyyətlilər 180 mindən çox insanı təxliyə edib, onlar üçün müvəqqəti sığınacaqlar təşkil edilib. Lakin bundan sonra nə edəcəklərini bilməyən bir çox sakinlər qeyri-müəyyənlik içindədirlər. Qlendeyl şəhərinin bəzi məhəllələrində artıq sakinlərin evlərinə qayıtmasına icazə verilib, lakin digər ərazilərdə elektrik enerjisinin kəsilməsi davam edir. İnsanları ehtiyacı olan mallarla təmin etmək üçün mağazalar və restoranlar qısaldılmış iş saatları ilə işləyir.
Şəhərdə baş verən yanğınlar fonunda talan problemi kəskin şəkildə pisləşib. Hücumçular evakuasiya edilmiş sakinlərin evlərini qarət edirlər. Polisin məlumatına görə, 20-dən çox adam saxlanılıb.
Kompensasiya məsələsi də başqa bir problemdir. Sığorta şirkətləri sığorta müqavilələrində yanğınla bağlı bəndin olmadığını əsas gətirərək vəsait ödəməkdən imtina edirlər. Erməni Hüquqşünaslar İttifaqı artıq zərərçəkmişlərə pulsuz məsləhətlər verməyə başlayıb, onlara dəyən ziyanı foto və videolarda sənədləşdirməyi, lazımi rəsmi prosedurlar tamamlanana qədər təmizlik və ya təmirə başlamamağı tövsiyə edib.
Xatırladaq ki, yanğınlar yanvarın 7-də Los-Anceles dairəsində başlayıb. Meteoroloqların fikrincə, onların sürətlə yayılması quru və küləkli havanın nəticəsi olub. İlkin məlumata görə, 10 nəfər ölüb.
Adəm
-
MDB10:00Avtovağzalda dəhşət: Bıçaqla insanlara hücum etdi
-
Digər09:30Daşqın və sürüşmə 900 can aldı
-
MDB09:20Kiçik uşaqları olanlara sosial güzəştlər olacaq: Qanun layihəsi təqdim olundu
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı
-
ABŞ08:12Pentaqondan NÜVƏ XƏBƏRDARLIĞI - “Trampın rəhbərliyi altında...”
-
Magazin106:16Murad Dadaşov oğluna toy etdi - VİDEO
-
İdman01:11Tofiq Musayevə yüksək VƏZİFƏ VERİLDİ
-
Sosial00:30Bir ailənin fəryadı: Gəncin ölümünə ambulans səbəb olub? - VİDEO


























.jpg)



