Sosial
Fəzail Ağamalıdan istefa xəbərinə reaksiya: "Yaxın günlərdə..."

Ana Vətən Partiyasının sədrliyindən istefa verəcəyim, postumu partiyanın sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalıya ötürəcəyimlə bağlı yayılan xəbər yanlışdır.
Publika.az xəbər verir ki, bunu Teleqraf.com-a partiya sədrliyindən istefa xəbərinə münasibət bildirən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
“Gündəlikdə belə bir məsələ yoxdur. Hələlik partiyaya sədrliyimi davam etdirirəm. Yaxın günlərdə, aylarda, hətta bir neçə ildə bu məsələ gündəlikdə olmayacaq”, - deyə o qeyd edib.
Fəzail Ağamalı səhhəti ilə bağlı yayılan informasiyalara da münasibət bildirib: “77 yaşım var. İndi özümü 17 yaşındakı kimi hiss edə bilmərəm. Təbii ki, yaşa görə səhhətimdə müəyyən problemlər olur. Elə buna görə deputatlığa namizədliyimi irəli sürmədim. Düşündüm ki, daha gənc və perspektivli şəxslər bu işi apara bilər”.
Qeyd edək ki, Fəzail Ağamalı 1947-ci ildə doğulub. O, 1992-1993-cü illər aralığında sosial təminat nazirinin müavini, 1993-1994-cü illərdə isə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinin icra edib. Həmçinin Milli Məclisin I, II, III, IV, V və VI çağırış deputatı olub. 1990-cı ildən Ana Vətən Partiyasının sədridir.

-
Rəsmi xronika11:30
Prezident fərman imzaladı
-
Sosial11:20
İki aydır qərar verilib: İş saatları nə vaxt dəyişdiriləcək?
-
Müsahibə10:20
Azərbaycanı tanımaq üçün gəldi, kürəkənimiz oldu: Bələdçilikdən dostluğa, dostluqdan sevgiyə - FOTOLAR
-
Hadisə09:10
Qəbələdə yaşayış binasında YANĞIN: sakinlər təxliyə edildi
-
Magazin207:35
80 milyonluq sərvəti vardı, övladlarına bir qəpik də miras qoymadı
-
Magazin205:45
Çağatay 22 il öncəki halını paylaşdı - FOTO
-
Nəqliyyat03:35
Bakı metrosu sərnişinlərə niyə “Ah İstanbul” musiqisini dinlədir? - AÇIQLAMA
-
Sağlamlıq02:43
Tanınmış "cərrah" 100-ə yaxın xəstəsini şikəst qoyub