Nəqliyyat
Nəqliyyat sahəsində üçtərəfli görüşün vaxtı AÇIQLANDI
Rusiya, Azərbaycan və İran arasında nəqliyyat sahəsində üçtərəfli görüş yanvarın 28-də baş tutacaq.
Publika.az “Report”a istinadla xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə Rusiyanın nəqliyyat naziri Roman Starovoit arasında videoformatda baş tutan danışıq zamanı bildirilib.
Görüşün yeri və hansı səviyyədə keçiriləcəyi barədə məlumat verilməyib.
Söhbət zamanı nazirlər 2025-ci il üçün "yol xəritəsi" və Xəzər dənizinin şərq hissəsindən istifadə üzrə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin, Rəşt-Astara dəmir yolunun tikintisi üzrə texniki-icra işləri də müzakirə olunub.
Xatırladaq ki, 2023-cü il mayın 17-də Rusiya və İran Rəşt-Astara dəmir yolu hissəsinin birgə tikintisinə dair saziş imzalayıblar. Bu marşrut Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirməyə və Azərbaycandan keçən Transxəzər marşrutunun iqtisadi səmərəliliyini artırmağa imkan verəcək.
-
Magazin121:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO







































