Sosial
Azercell-in dəstəklədiyi “FarmHer” layihəsi qadınların inkişafına töhfə verir

Lider mobil operatorun elan etdiyi sosial layihə müsabiqəsində qalib gələn "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi “FarmHer” proqramını həyata keçirir
Azercell-in qadınların cəmiyyətdəki rolunun daha da gücləndirilməsi məqsədilə elan etdiyi müsabiqəsinin qalibləri layihələrinin icrasına başlayıblar. Qaliblərdən biri olan "FarmHER” proqramı kənd təsərrüfatı sahəsində çalışan qadınların bilik və bacarıqlarının inkişafına yönəlik təlimlərə start verib.
Layihənin əsas məqsədi bölgələrdə yaşayan qadınları aqrobiznes sahəsində mövcud fəaliyyət istiqamətləri ilə tanış etmək, onların iqtisadi müstəqilliyinə və rifahının artırılmasına töhfə verməkdir. Bu proqram qadınların aqrar sahədə sahibkar kimi formalaşmasına dəstək verir. Təlimlər yeni texnologiyalar, bazara çıxış, maliyyə idarəçiliyi, innovasiyalar və sahibkarlıq strategiyaları kimi mövzuları əhatə edir.
edək ki, bu günədək Şamaxıda yaşayan 25 qadın üçün bir neçə təlim və müxtəlif interaktiv sessiyalar təşkil olunub. Əlavə olaraq, proqram iştirakçıları layihə çərçivəsində peşəkar mentorlarla da təmin ediliblər.
Xatırladaq ki, “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin həyata keçirdiyi “Farmher” layihəsi Azercell-in “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”nın dörd qalibindən biridir.

-
Magazin203:43
“Muhteşem Yüzyıl”ın ulduzu Kremldə çıxış edəcək
-
Nida Xəbər 01:21
AzTV-nin efirində Rusiyanın ünvanına ağır söyüşlər - VİDEO
-
MDB00:00
AİLƏ FACİƏSİ - Nənə və nəvəsi yanaraq öldü, mənzil isə külə döndü
-
Hadisə9 Fevral 23:48
Suda batan 23 yaşlı Cavidin FOTOLARI
-
Magazin19 Fevral 23:36
“Əqrəb mövsümü”nün aktrisası “Səs”ə qatıldı - VİDEO
-
Magazin29 Fevral 23:00
SSRİ xalq artisti 95 yaşında VƏFAT ETDİ - FOTO
-
Hadisə9 Fevral 22:36
Qəbələdə buzlu yol təhlükəli vəziyyət yaratdı - ANBAAN VİDEO
-
Magazin19 Fevral 21:48
Xoşqədəm Doğuşdan ayrılıb?