Sosial
“Azercell”in “Təhlükəsiz internet” layihəsi rəqəmsal təhlükəsizliyi gücləndirir - FOTO
“Azercell” uşaqların virtual məkanda təhlükəsizliyini təmin etmək və rəqəmsal savadlılığı artırmaq məqsədilə ölkə üzrə “Təhlükəsiz internet” mövzusunda təlimlərini davam etdirir. Bu dəfə layihə Quba, Xızı, Sumqayıt və Mingəçevir şəhərlərində keçirilib.
İnternetdə təhlükəsiz davranış qaydalarının aşılanmasına yönələn bu təşəbbüs çərçivəsində 320 şagird və 50 valideyn onlayn təhdidlər və təhlükələrlə mübarizə üsulları barədə maarifləndirilib.
Təlim proqramı aşağıdakı vacib mövzuları əhatə edib:
- Virtual tanışlıqların təhlükəsizlik baxımından yoxlanılması;
- Şəxsi məlumatların sosial şəbəkələrdə qorunması;
- Şəxsi məlumat tələb edən müsabiqələrdə iştirakın riskləri;
- Onlayn fırıldaqçıların və cinayətkarların əsas hiylələri;
- Trollinq, kiberbullinq və ya qeyri-münasib onlayn davranış halları ilə mübarizə üsulları.
Təlimlər “GİD CSR Consulting” tərəfindən sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçirilib və bu da proqramın beynəlxalq standartlara uyğunluğunu təmin edib.
Qeyd edək ki, “Azercell” 2016-cı ildən etibarən internet təhlükəsizliyi mövzusunda maarifləndirmə layihələri təşkil edir. Şirkətin bu təşəbbüsü uşaq və valideynlərin onlayn məkanda daha təhlükəsiz davranış vərdişləri qazanmalarına əhəmiyyətli töhfə verir. Bu illər ərzində layihə müxtəlif yaş qruplarından 1500-dən çox internet istifadəçisini əhatə edib.
-
Hadisə15:41
İmişlidə dəhşətli qəza: 2 uşaq həyatını itirdi - VİDEO
-
Sosial14:29
Hökumənin atasının bank kartından pul oğurlayan şəxslər müəyyən edildi
-
Region13:26
Tehranda ara qarışdı - İran Ali Məhkəməsinin iki hakimi öldürüldü - FOTO
-
Sosial12:40
Təbiisi baha, ucuzu zərərli: Bəs hansından istifadə edək ki...
-
Region12:10
Onu niyə Qərbdə “Cənab Xeyr” adlandırırdılar? - Putin səbəbini Pezeşkiana açıqladı
-
Sosial11:45
Hökumənin vəfatına görə verilmiş pulun oğurlanmasına - "Kapital Bank"dan reaksiya
-
Region11:00
Paşinyana qarşı yeni siyasi qüvvə yaradıldı - Məqsədləri odur ki...
-
Sosial10:42
Azərbaycanda meymunçiçəyi virusu aşkarlandı - Rəsmi