Sosial
Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına pasportlar veriləcək
Türkiyənin İğdır və Qars bölgələrində yaşayan və şəxsiyyəti təsdiqləyən sənədləri olmayan Azərbaycan vətəndaşlarına bu ildən etibarən pasportların verilməsinə başlanılacaq.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov yanvarın 18-də İstanbulda keçirilən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının ümumi yığıncağında bildirib.
Onun sözlərinə görə, 1990-cı illərdə Türkiyəyə köçmüş və indiyədək sənədsiz yaşayan soydaşlarımızın bir qismi pasportla təmin olunub: "Bu işdə dərnəklərin əvəzsiz xidmətləri olub. Proses davam etdirilir. Bu ildən etibarən İğdır və Qarsdakı sənədsiz azərbaycanlılar pasportla təmin olunacaq".
Azərbaycanla Türkiyə arasındakı əlaqələrdən də danışan F.Muradov söyləyib ki, iki ölkə böyük bir ailədir: "Türkiyə nadir dövlətdir ki, bizim xaricdə yaşayan həmyerlilərimizə həm maddi, həm də mənəvi dəstək verir. Bir çox məsələlərdə Türkiyə və Azərbaycan icması birlikdə addımlar atır".
O qeyd edib ki, Türkiyə və Azərbaycanın diaspor qurumlarının rəhbərləri arasında görüş olacaq: "Türkiyə və Azərbaycanın diaspor sahəsində indiyə qədər qazandığı təcrübə əsasında yeni konsepsiya hazırlanacaq".
Qeyd edək ki, Türkiyədə, xüsusuilə İstanbul şəhərində sənədsiz məskunlaşmış azərbaycanlıların hüquqi statusunun leqallaşdırılması məsələsi xeyli müddətidir ki, gündəmdədir. Belə ki, bir müddət öncə təxmini sayı mindən çox olan, 1990-cı illərdə Türkiyəyə köçmüş və hazırda orada qanunsuz məskunlaşmış azərbaycanlılarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin işçi qrupu yaradılıb, bu ailələr siyahıya alınıb. Növbəti mərhələdə onlara sənədlərin verilməsinə başlanılıb.
-
Nida Təhlil 16:15
20 Yanvar faciəsində Rusiya ilə yanaşı, yerli quldurların da rolu var - Professor
-
Hadisə15:41
İmişlidə dəhşətli qəza: 2 uşaq həyatını itirdi - VİDEO
-
Sosial14:29
Hökumənin atasının bank kartından pul oğurlayan şəxslər müəyyən edildi
-
Region13:26
Tehranda ara qarışdı - İran Ali Məhkəməsinin iki hakimi öldürüldü - FOTO
-
Sosial12:40
Təbiisi baha, ucuzu zərərli: Bəs hansından istifadə edək ki...
-
Region12:10
Onu niyə Qərbdə “Cənab Xeyr” adlandırırdılar? - Putin səbəbini Pezeşkiana açıqladı
-
Sosial11:45
Hökumənin vəfatına görə verilmiş pulun oğurlanmasına - "Kapital Bank"dan reaksiya
-
Region11:00
Paşinyana qarşı yeni siyasi qüvvə yaradıldı - Məqsədləri odur ki...