Dünyaca məşhur şirkət işçilərini ixtisar etməyə hazırlaşır
Bizi izləyin

Dünya

Dünyaca məşhur şirkət işçilərini ixtisar etməyə hazırlaşır

Dünyaca məşhur qəhvə şirkəti "Starbucks" mart ayında korporativ işçi ixtisarı edəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, “Starbucks” bununla bağlı ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) müraciət edən Baş İcraçı Direktor Brayan Nikolun açıqlamasını paylaşıb.

Nikol ​​keçən ilin sentyabrında şirkəti canlandırmaq üçün plan hazırladıqlarını və hələ görülməli çox iş qalmasına rəğmən əldə edilən irəliləyişdən məmnun olduğunu bildirib.

İlkin işin ABŞ və Kanadadakı filiallara yönəldiyini qeyd edən Nikkol biznesi qlobal miqyasda dəyişdirmək üçün çalışdıqlarını qeyd edib:

"Təəssüf ki, mən işçi ixtisarı edəcəyimizi və dəstək qruplarımızı azaldacağımızı düşünürəm. Bu iş mağazadaxili komandalarımıza və ya investisiyalarımıza təsir etməyəcək. Dəyişiklikləri martın əvvəlində bildirəcəyik".

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm