Sosial
Niyam Salaminin adı daha bir QALMAQALDA - Ona yarım milyon manat UDUZUB
Adı 21 800 manat dəyərində kömür məhsulunu mənimsəməkdə hallanan müğənni Niyam Salami 500 000 manat borcunu ödəyə bilmədiyi üçün keçmiş şəriki tərəfindən məhkəməyə verilib.
Publika.az Oxu.az-a istinadla xəbər verir ki, N.Salami Tural Cəfərov adlı iş adamından şəxsi problemlərinin həlli və restoran biznesinin genişləndirilməsi məqsədilə 500 000 manat borc alıb.
İş adamı ilə aralarında imzalanan müqaviləyə əsasən, Niyam Salami borcu hissə-hissə olmaq şərti ilə 24 ay ərzində 550 000 manat olaraq geri qaytarmağa razılaşıb.
Müqaviləyə görə, Salami iş adamına hər ay müəyyən məbləğ ödəməyi vəd edib. O, həmçinin, öhdəlik götürüb ki, hər hansı bir ayda 25 000-30 000 manat arasında ödəniş etməsə, bütün borcun dərhal tələb ediləcəyini qəbul edəcək və buna etiraz etməyəcək. Götürdüyü öhdəlikləri yerinə yetirməyən müğənni şəriki ilə məhkəmədə üz-üzə gəlməli olub. Qarşı tərəfin iddiasını 11 sentyabr 2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsi təmin edib və N.Salaminin keçmiş ortağına 500 000 manatı, eləcə də 790 manat dövlət rüsumunu ödəməsi barədə qərar çıxarıb.
Məlum olub ki, N.Salami məhkəmənin hökmü ilə razılaşmayıb və apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsinin vaxtı isə aparılacaq ekspertizadan sonra baş tutacaq. Çünki ilkin ifadəsində müqavilədəki xəttin ona məxsus olduğunu təsdiq edən müğənni, sonradan ifadəsini təkzib edib və xəttin ona məxsus olmadığını iddia edib.
-
Magazin101:41
Renka həmin hadisədən DANIŞDI: "5 kişi üstümə cumub..." - VİDEO
-
Art00:45
Müşfiq Hətəmova vəzifə verildi
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Risk etmədən irəliləmək məsləhətdir
-
Magazin118 Yanvar 23:36
Eminin Çində yemək sınağı: qurbağa, yarasa... - VİDEO
-
Sosial18 Yanvar 22:24
DİN İmişlidəki qəzadan daha bir VİDEO YAYDI
-
Sosial18 Yanvar 21:00
“Klon”un “Hade”si tanınmaz halda - FOTO
-
Region18 Yanvar 20:48
Ərdoğan qurultayda bu mahnını oxudu - VİDEO
-
Sosial18 Yanvar 19:36
Milli Qəhrəmanın atası danışdı: "Oğurlanan pulların hamısı özümə qaytarıldı"