Sosial
Milli Qəhrəmanın atası danışdı: "Oğurlanan pulların hamısı özümə qaytarıldı"
"Dövlətim çox sağ olsun, oğurlanan pulların hamısı özümə qaytarıldı".
Publika.az xəbər verir ki, bu sözləri "Unikal"a açıqlamasında Milli Qəhrəman Hökumə Əliyevanın atası, kartından 80 min manat oğurlanan Cəlil Əliyev deyib.
O qeyd edib ki, dünən axşam saat 5-6 radələrindən Gəncə şəhərindən evə gələndə zəng gəlib:
"Fikir vermədim ki, zəng haradan gəlib. Dedilər ki, biz "Kapital Bank"ın işçiləriyik, sizə yardım etmək istəyirik. Bildirdilər ki, kartınızın şifrəsini sındırıblar, pul oğurlayacaqlar. Tez bir zamanda kartınızıda olan pulu bu kartdan digər karta köçürüb sığortalamaylıq. Mən də şokda olan, fikirli adamam. Onların dediklərinə əməl etdim. Hadisə belə oldu. Sonra da polisə məlumat verdim. Sağ olsunlar, Samux Rayon Polis İdarəsinin əməkdaşları mənə ərizə yazdırdılar. Daxili İşlər Nazirliyinə və Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə göndərdilər. Onlar tez bir zamanda cinayətkarları yaxaladılar, pulumu geri qaytardılar. Hazırda pulum özümdədir. Dövlətimizin Prezidenti sağ olsun, millətim, xalqım sağ olsun. Hamısı ağır günümdə yanımda oldular".
C.Əliyev qeyd edib ki, həmin şəxslərə inanıb şifrəni verib: "Mən onlara bildirdim ki, məni yorursunuz. Mənə dedilər ki, dayı elə şeylər etmərik".
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ












.jpg)



















