Sosial
“Xanımların işlə təmin edilməsi” adı ilə 57 nəfəri aldatdı
“TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “xanımların işlə təmin edilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub.
Daxili İşlər Nazirliyindən (DİN) Publika.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Hacıqabul rayonunda həyata keçirilən tədbirlərlə qeyd edilən kibertalama əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Rüfət Cəfərov saxlanılıb.
Araşdırmalarla R.Cəfərovun sosial şəbəkələrdə özünü işədüzəltmə şirkətlərinin birinin nümayəndəsi kimi təqdim etdiyi və 57 nəfərin pul vəsaitlərini ələ keçirdiyi müəyyən edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
-
Sosial15:54
Prezidentin köməkçiləri hansı universitetlərin məzunlarıdır? - FOTO
-
Hadisə15:08
Hərbçimiz vəfat etdi - FOTO
-
İdman14:12
Ən gözəl qadın futbolçu göz yaşı içində VİDEO paylaşdı
-
Cənubi Qafqaz13:59
Üç kənd qaytarılır, Azərbaycan bu yolla İrəvana nəzarət edəcək - DETALLAR
-
Dünya12:56
Silahlı Qüvvələrin baş psixiatrı saxlanıldı: Bu qədər mənzili, 4 “BMW”-ni necə əldə edib? - FOTOLAR
-
Sosial12:30
Bu cərimələr 13 dəfəyədək artırıldı - SİYAHI
-
Sosial11:50
Xaçmazda yük avtomobilləri toqquşdu
-
MDB11:12
Gözlənilməz xətt: Ukrayna belə bölünəcək