Dünya
Yeni sərhəd qapıları iki lideri bir araya gətirdi: Nikosiyada mühüm görüş
Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar və Kipr lideri Nikos Hristodulidis görüşərək tərəflər arasında yeni sərhəd qapılarının açılması məsələsini müzakirə ediblər.
Publika.az xəbər verir ki, görüş paytaxt Nikosiyada BMT-nin nəzarətində olan bufer zonada təşkilatın nümayəndəsi Kolin Stüartın ev sahibliyi ilə baş tutub. Görüşdən sonra BMT-nin dərc etdiyi birgə bəyanatda tərəflərin gələn həftə yenidən görüşəcəkləri bildirilib.
Tatar görüşdən sonra verdiyi açıqlamada Nikos Hristodulidisin üç tərəfdən yunan torpaqları ilə əhatə olunmuş dəniz kənarında yerləşən Erenköydən tranzit hüququ istədiyini, hərbi bölgə olduğu üçün bunu qəbul etməyin mümkün olmadığını bildirib. Kipr lideri görüşlə bağlı heç bir açıqlama verməyib.
Qeyd edək ki, bu gün Şimali Kipr ilə Yunanıstan rəhbərliyi arasında 3-ü paytaxt Lefkoşada olmaqla 9 sərhəd qapısı var.
Aysel Şahmar
-
Hadisə16:38Tovuzda müdiri iş otağında bıçaqladılar - VİDEO
-
Digər16:18Trampdan Ərdoğana Sülh Şurası ilə bağlı çağırış
-
İdman15:45“Neftçi” Moskva klubu ilə anlaşdı, Ukrayna qarışdı: Vernidub "komandamızda rus ola bilməz" dedi
-
MDB14:43Erməni məhbuslar buna görə qaytarılıb
-
Sağlamlıq13:22Linza taxanların nəzərinə: Gənc qızı kor etdi - FOTO
-
Ekologiya13:00Sabah 4 dərəcə şaxta olacaq - Bakıya sulu qar yağacaq
-
Sosial11:00Kərə yağı ilə bağlı ziddiyyət: Yenə də bahalaşacaq
-
MDB10:22Aİ-ni Rusiya "müalicə edirmiş": Dərman ixracı rekord həddə çatdı


















.jpg)

.jpg)

.jpg)


.jpg)








