Hadisə
Bakıda məşhur iş adamı həbs olundu

Bir nəfərin adına 40 şirkət açaraq dövlət büdcəsindən 10 milyon manata yaxın vəsaiti yayındırmaqda ittiham olunan sahibkar həbs edilib.
Publika.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, sahibkar Bahəddin Qarakedəyev mütəşəkkil dəstəyə rəhbərlik etməklə milyonlarla manatı vergidən yayındırmaqda ittiham edilib.
Onlar dəstənin bir üzvünün adına 40-a yaxın şirkət açdırmaqla 9121670,62 manat məbləğində vergini dövlət büdcəsinə ödənilməsindən yayındırıblar.
Bahəddin Qarakedəyev və dəstənin digər üzvlərinə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi açılıb və onlar həbs ediliblər.
Qeyd edək ki, 2012-ci ilin yanvar ayında Bahəddin Qarakedəyev rəhbəri olduğu «ARTS» tikinti materialları alqı-satqı şirkətinin xəzinədarı Mərdan Xankişiyev içərisində 20 min manat olan əl çantasını onun əlindən alaraq qaçması ilə gündəmə gəlmişdi. Hadisəni törətdikdən bir gün sonra Mərdan Xankişiyev həbs edilmişdi.

-
MDB07:55
Rusiyada güclü zəlzələ oldu
-
Magazin206:46
Alişan "Sevgililər günü"nü həyat yoldaşı ilə Məkkədə qeyd etdi - Foto
-
ABŞ03:35
Trampdan Çinə 600 milyard dollarlıq zərbə
-
Sosial03:18
Əsgər yaxınlarının nəzərinə!
-
Sosial02:00
Bakı bulvarının ərazisi genişləndirilir - Hansı dəyişikliklər olacaq?
-
Hadisə01:20
Mingəçevirdə qatar avtomobillə toqquşdu: yaralılar var
-
ABŞ01:00
Bu jurnalistlərin Ağ Evə girişi məhdudlaşdırıldı - SƏBƏB
-
Nida Xəbər 14 Fevral 23:15
Bu məntəqələrin nəticələri ləğv olundu - SİYAHI