Sosial
Bakıda kiberdələduz saxlanıldı - FOTO
.png?v1739079274)
Bir qrup şəxs Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək özünü onlayn iş təklif edən şirkətlərdən birinin rəhbəri kimi qələmə verən Rufət adlı şəxsin internet üzərindən alqı-satqı etmək istiqamətində təlim kursu keçmək vədi ilə onların müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib dələduzluq etdiyini bildiriblər.
Publika.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Həmin şəxs - 27 yaşlı Rüfət Şirəliyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar zamanı aşkar edilib ki, R.Şirəliyev özünü instaqram sosial şəbəkəsində heç bir müvafiq qeydiyyatı olmayan şirkətin rəhbəri kimi təqdim edib və şəbəkə hesabında çəkdiyi videolarda “Shopify” platforması üzərindən onlayn alqı-satqı etmək üçün təlim kursları təşkil etdiyini bildirib. Kursu mənimsəyən şəxslərin külli miqdarda gəlir əldə edə biləcəklərini deməklə insanlarda təlimə həvəs oyadaraq onların pul vəsaitlərini ələ keçirməyə nail olub.
Həmçinin müəyyən edilib ki, R.Şirəliyev bir neçə şəxsi guya hazır biznesini satacağı adı ilə aldadaraq pul vəsaitlərini ələ keçirib, eləcə də təlimə gələn şəxslərin noutbuklarını proqram köçürmək bəhanəsi ilə onlardan alıb lombarda qoyaraq pul götürüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
R.Şirəliyevin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.
.png)
.png)

-
ABŞ08:24
ABŞ-ın vitse-prezidenti Zelenski ilə görüşəcək - Çantasında nələr var?
-
Art06:16
Ceyran Rəhimova Afaq Bəşirqızı ilə bir arada - FOTO
-
Dünya05:45
Bu dənizdə 7,6 bal gücündə ZƏLZƏLƏ OLDU
-
Qoroskop03:13
Vanqanın SEÇDİYİ TƏK BÜRC - Unikal qabiliyyətə malikdirlər
-
Ekologiya01:41
Paytaxt yolları buz bağladı - FOTO
-
Magazin100:30
Zaur əsl yaşını açıqladı: 20 il cavan görünürmüş...
-
İKT00:15
Sosial medianın QORXULU FƏSADI - Vəziyyəti daha da pisləşdirir
-
Ekologiya8 Fevral 23:36
Bakıya qar yağır - FOTO/VİDEO