Sosial
Kəlbəcər, Laçın və Ağdərədə daha 6 SES tikilir
Ölkə başçısının Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq “AzərEnerji” tərəfindən hazırda ümumi gücü 37,5 meqavat olan 6 su elektrik stansiyası tikilir.
Publika.az “AzərEnerji”yə istinadən xəbər verir ki, Kəlbəcər rayonunda 7,7 meqavat gücündə “Təkəqaya”, 3 meqavat gücündə “Ağçay”, 5 meqavat gücündə “Çaykənd”, Laçın rayonunda 4 meqavat gücündə “Şeylanlı”, 3,1 meqavat gücündə “Aşağı Malıbəy”, Ağdərə rayonunda isə 14,7 meqavat gücündə “Qozlukörpü” su elektrik stansiyaları inşa olunur. Bu 6 su elektrik stansiyasının hər biri üçün ayrı-ayrılıqda su qəbuledicilər tikilir və stansiyaları su ilə təchiz etmək üçün ümumilikdə 40 km məsafdədə derivasiya boruları çəkilir.
6 su elektrik stansiyasında ümumilikdə il ərzində 110 milyon kilovatsaat «yaşıl enerji»nin istehsal edilməsi və bununla 24 milyon kub metr qaza qənaət edilib, 44 min ton atmosferə atılan karbon qazının qarşısının alınması nəzərdə tutulur.
Bu 6 stansiyanın 2025-ci ilin birinci yarısında istismara verilməsi planlaşdırılır.
Bundan əlavə, daha 5 stansiyanın - Kəlbəcər rayonundakı “Aşağı Vəng” və «Nadirxanlı», Laçın rayonunda isə “Mirik”, “Ağbulaq” və “Ağbulaq-1” su elektrik stansiyalarının tikintisi başa çatıb.
-
Hadisə12:57
Ağcabədidə evdə qumbara partladı, 5 nəfər həlak oldu - İkisi uşaqdır
-
Dünya12:32
Fransanın Türkiyə ilə bağlı qərarı Yunanıstanı narahat etdi - Səfiri çağırdılar
-
Sosial11:36
Bu şəxslər işdən çıxarıla bilməz, işə gəlməsələr də maaşları hesablanmalıdır - QAYDA
-
ABŞ11:00
Tramp Putinlə bağlı bu suala cavab verməkdən İMTİNA ETDİ
-
ABŞ10:12
ABŞ-ın Qrenlandiyanı işğal etmək istəyinin əsl səbəbi bəlli oldu: Görün nədən qorxurlar
-
Hadisə09:54
Sürücü infarkt keçirdi, avtobus qəzaya düşdü - Anbaan VİDEO
-
Region09:12
İran Ermənistana “qardaş payı” göndərdi: 13 nəfər həbs edildi
-
Hadisə08:20
İsmayıllı rayonunda zəlzələ oldu