Sosial
Azərbaycanda yolların təmiri görün neçə milyona başa gələcək
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) respublika ərazisində yolların xətlənməsi üçün yeni tender elan edib.
Publika.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, avtomobil yolları və yol tikintisi işlərini əhatə edən tenderlə bağlı işlərin ehtimal olunan qiyməti 18 milyon 633 min 772,76 manatdır.
Layihə çərçivəsində 527 min kvadratmetr sahədə soyuq boya ilə düz xətlərin çəkilməsi, 40 min kvadratmetrdən çox ərazidə isə termoplastik isti boya ilə işarələnmə işləri planlaşdırılır. Həmçinin, 7 min 500 kvadratmetrdə parklanma sahələri işarələnəcək, 35 min kvadratmetrdən çox ərazidə piyada keçidləri, 4 min kvadratmetrdən çox sahədə isə stop xətləri rənglənəcək. Eyni zamanda, 1 min 895 kvadratmetr sahədə fiziki məhdudiyyətli şəxslər üçün xüsusi nəqliyyat nişanlamaları da həyata keçiriləcək.
Qeyd edək ki, müsabiqə 27 mart 2025-ci ilədək davam edəcək.
-
Rəsmi xronika15:48
Prezident fərman imzaladı
-
İqtisadi gündəm14:32
Bu şəxslərə 15 min manat veriləcək - RƏSMİ
-
Kriminal14:14
Goranboyda biabırçılıq: İşləməyə gələn 21 yaşlı qızın başına oyun açdılar - ŞOK TƏFƏRRÜAT
-
ABŞ13:34
Trampın qızı idman zalından açıq-saçıq geyimdə FOTO paylaşdı - Yazdı ki...
-
Sağlamlıq12:46
İnsanlar üçün QORXULU GÜN: Fevralın 8-də...
-
Sosial10:54
Əcnəbilər rayonlara niyə getmir?
-
Magazin210:24
Seda Sayan cinayət başında yaxalandı: axtarış zamanı görün nələr tapılıb
-
Nida Xəbər 09:54
DİN və DSX-dən birgə əməliyyat: iranlı balıqçılar saxlanıldı - VİDEO