Sosial
“Sərin” şadlıq evində mənşəyi məlum olmayan ətdən yeməklər bişirilirmiş - FOTOLAR
Nizami rayonu, Babək prospekti 76 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Dadaşov Eldar Ağa Zəki oğluna məxsus “Sərin” şadlıq evində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçirib.
Publika.az AQTA-ya istinadən xəbər verir ki, baxış zamanı obyektdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, həmçinin mənşəyi məlum olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim edildiyi aşkarlanıb.
Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.
Araşdırmalar davam etdirilir.
-
Magazin103:43İlk onun "Maska"sı açıldı
-
ABŞ02:44Trampın təyyarəsinə hücum cəhdi - Helikopterlər havaya qalxdı
-
Region02:18Tehran qaranlığa qərq oldu - 150-dən çox qırıcı təyyarə ilə hücum dalğası
-
Qoroskop01:40Günün ulduz falı: Keçmişlə bağlı xatirələr canlana bilər
-
Hadisə00:25Şirvanda partlayış oldu: xəsarət alan var - Foto/Video
-
Sosial29 Mart 21:15Laçında 300 metr yüksəklikdə "gəzinti": Kanat yolu istifadəyə verilir - Video
-
MDB29 Mart 20:18Paşinyana hücum edənlər saxlanıldı - Video/Yeniləndi
-
Hadisə29 Mart 19:13Bakıda göl daşdı: hamı balıq tutur - Foto

































