İdman
Makqreqorun qayıdışı: Prezident deyir ki…
UFC prezidenti Deyn Uayt Konor Makqreqorun səkkizbucaqlıya qayıtması ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, mətbuat konfransı Sietldə keçirilən UFC Fight Night 271-dən sonra baş tutub. İyul ayında Makqreqorla potensial döyüş barədə soruşulduqda, Uayt ehtiyatlı bir şərh verib: “Bu mümkündür. Amma hələ heç nə qərarlaşdırılmayıb. Razılığa belə yaxın deyiləm. Mən nikbinəm”.
Uayt həmçinin qeyd edib ki, İslam Maxaçev növbəti döyüşünü avqust ayında keçirəcək.
Xatırladaq ki, bu axşamın əsas qarşılaşmasında İsrael Adesanya Co Payferə texniki nokautla məğlub olub.
-
Magazin215:23Bu məşhur plastik əməliyyatlara 1 milyon xərcləyib: Ağzını aça bilmir
-
MDB15:07Putin bu türk dövlətinə gedir: Müstəsna əhəmiyyətli görüş olacaq
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı







































