İdman
“Real”ı tərk edir: Doğma klubuna qayıdacaq?
“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos yay transfer pəncərəsində komandanı tərk edə bilər.
Publika.az xəbər verir ki, “Marca”nın məlumatına görə, futbolçunun xidmətində “Betis” maraqlıdır. Sevilya təmsilçisi hazırda bu transfer uğrunda əsas favorit sayılır.
Qeyd edək ki, Dani Sebalyos məhz “Betis”in yetirməsidir. O, 2017-ci ildə 16 milyon avro qarşılığında “Real”a transfer olunub.
29 yaşlı yarımmüdafiəçinin Madrid klubu ilə müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə qədər qüvvədədir.
Cari mövsümdə Dani Sebalyos “kral klubu”nun heyətində bütün turnirlərdə 22 oyuna çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.
“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 8 milyon avro olaraq qiymətləndirir.
-
Magazin215:23Bu məşhur plastik əməliyyatlara 1 milyon xərcləyib: Ağzını aça bilmir
-
MDB15:07Putin bu türk dövlətinə gedir: Müstəsna əhəmiyyətli görüş olacaq
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı







































