Sosial
Uşaq İncəsənət Festivalında birinci seçim turu başladı!
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Uşaq İncəsənət Festivalı – 2025" çərçivəsində birinci seçim turuna start verilir.
Publika.az xəbər verir ki, 21 aprel tarixindən etibarən respublika üzrə bütün bölgələrdə seçim mərhələləri başlayacaq. Qeydiyyatdan keçmiş iştirakçılar festivalın münsiflər heyəti qarşısında öz istedadlarını nümayiş etdirəcəklər.
Seçim turları müxtəlif regionlarda yerləşən məntəqələrdə mərhələli şəkildə keçiriləcək.
Uşaq İncəsənət Festival yalnız yarışma deyil, həm də gənclərin istedadının kəşf olunduğu, onlara dəstək verildiyi və yaradıcılığın təşviq edildiyi bir platformadır.
"UİF – 2025" mədəniyyətimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində ən böyük sənət layihəsi kimi ölkə üzrə on minlərlə uşağı bir araya gətirir. Festival eyni zamanda incəsənətin uşaq dünyasındakı müsbət təsirini ön plana çıxarır.
Seçim turlarının keçiriləcəyi dəqiq tarix və məkanlar barədə məlumatları www.uif.az portalında qeydiyyat kodunuzu və ya şəxsiyyət vəsiqəsinin fin nömrəsini yazaraq öyrənə bilərsiniz.
Əlavə məlumat üçün veb-sayt: www.uif.az
Əlaqə: 050 288 01 47 | 147 (qısa nömrə)
"UİF – 2025" – İstedadını parlat, səhnəyə addımla!
-
İdman01:41Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları - Doğma meydanda uduzan kimlərdir?
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI
-
Dünya8 Sentyabr 23:00BMT Trampın Aya dair iddialarına cavab verdi
-
Hadisə8 Sentyabr 21:24“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ



















.jpg)




.jpg)




.png)




