Sosial
Həddini aşan əyləncə: Bakıda restoranda yaylım atəşi - Rəsmi qurumdan reaksiya gəldi - VİDEO
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində yerləşən, gecə saatlarında ətrafda yaşayan sakinlərin narahatlığına səbəb olan "Küncüt" şadlıq sarayı barəsində hüquqi tədbir görülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Publika.az-a məlumat verib.
O bildirib ki, qeyd olunan ünvanda baş verən hadisə ilə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbir həyata keçirilib.
“Həmin tədbirin təşkilatçısı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilib. Bir daha eyni əməli törədəcəyi təqdirdə daha ciddi tədbirlərin görüləcəyi şəxsin diqqətinə çatdırılıb”, - deyə E.İbrahimov əlavə edib.
xxx
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində yerləşən “Küncüt” şadlıq sarayında açıq havada təşkil edilən mərasimlər ətrafda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub.
Publika.az-ın redaksiyasına daxil olan şikayətə görə, şadlıq sarayında demək olar ki, hər gün axşam saatlarından başlayaraq gecə saat 12-yə qədər səs-küylü məclislər təşkil olunur. Çal-çağır və yüksək səslə səsləndirilən musiqi, xüsusilə də canlı ifalar sakinlərin istirahət hüququnu pozur.
Ərazidə yaşayan sakinlər problemin tezliklə həllini və məsul qurumların tədbir görməsini tələb edirlər.
“Gecə saat 12-yə qədər musiqi səslənir. Yay olduğuna görə pəncərələr açıq qalır, uşaqlar yata bilmir, yaşlı insanlar narahat olur. Musiqi sanki evin içində çalınır”, - deyə sakinlər bildirib.
Qeyd edək ki, müvafiq qurumlar tərəfindən zəruri tədbirlərin görülməməsi səbəbindən adıçəkilən restoran artıq həddini aşıb. Belə ki, gecə saatlarında davam edən səs-küylü məclislərlə yanaşı, havaya fişənglər də buraxılır. Bu isə əlavə səs-küy, narazılıq yaradır.
Qeyd edək ki, bu barədə daha əvvəl də xəbər vermişdik, lakin hələ də heç bir aidiyyəti qurum tərəfindən tədbir görülməyib.
Gülnar Süleymanova
-
Maraq dünyası14:50Özünü Trampın qızı adlandıran türk ABŞ prezidentinə dolma hazırlayacaq
-
Nəqliyyat14:40Bakı–Naxçıvan reysləri ləğv edildi
-
MDB13:38Onun ölümü Putini sarsıtdı: "Rusiyaya sadiq insan idi!"
-
MDB13:26Benzindən sonra elektrik enerjisi böhranı yarandı - Krımda nə baş verir?
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Magazin212:06Ermənistanın məşhur xalq artisti xərçəngin qurbanı oldu
-
Hadisə11:47Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi - FOTO
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA























.jpg)


.jpg)







