Sosial
Əhaliyə pulsuz "konsert", yoxsa özbaşınalıq? - Görün restoranlar nə oyundan çıxırlar / VİDEO
Bakıda bir çox restoran müştərilərinə açıq havada xidmət göstərir. Xüsusilə də yay aylarında insanlar restoranların həyətində oturub yeyib-içməyə, əylənməyə üstünlük verirlər. Kafelərdən, şadlıq evlərindən ətrafa yayılan səs-küy isə sakinləri narahat edir. Ancaq nə restoran sahibləri, nə də qonaqlar ətrafda yaşayanları rahatsız etdiklərini düşünür.
Restoranların yaxınlığında yaşayan vətəndaşlar sözügedən problemlə bağlı Publika.az-a görüntülər göndəriblər.
Aşağıdakı videolardan da göründüyü kimi, Xətai rayonu ərazisində, "Ukrayna dairəsi" yaxınlığında yerləşən “El Chacho” restoranında hər gün yüksək səslə musiqi səsləndirilir. Səs o qədər güclüdür ki, parkda, məhəllədə, hətta evdə belə qulaq batır. Həmin restoran sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün nəzərdə tutulan parkın yaxınlığında yerləşir. Restorandan ətrafa yayılan yüksək səs sakinlərin gün sonunda yürüş edib dincəlmək arzusunu ürəklərində qoyur. Səs hətta metronun "Həzi Aslanov" stansiyasının ətrafındakı yaşayış binalarına qədər yayılır.
Digər bir şikayət isə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən “Küncüt” restoranından gəlib. Ərazidə yaşayan sakinlər restorandan gələn səsdən rahatsız olduqlarını, evdə dincələ bilmədiklərini bildiriblər.
Sosial şəbəkələrdə paylaşılan bu video isə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində lentə alınıb. “Yeni Günəşlidə fəaliyyət göstərən “Şam İşığı” restoranının yaxınlığında yaşayan sakinlər hər gecəni belə keçirir. Uşaqlarımız yata bilmir”, - paylaşımda qeyd olunub.
Gülnar
@patrul.az.official #kesfetteyiz #kesfet #fypシ #fyp #patrulaz ♬ orijinal ses - Patrul.az
-
MDB10:06Rusiyada deputatların pensiyası qəpik-quruş imiş - Məbləğ açıqlandı
-
Sosial08:49Azərbaycan toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...






.jpg)













.webp)









.jpg)

