Azərbaycandakı əmlaklarına həbs qoyuldu - Xanımının bank hesabları bloklandı
Bizi izləyin

Sosial

Azərbaycandakı əmlaklarına həbs qoyuldu - Xanımının bank hesabları bloklandı

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin Azərbaycandakı əmlaklarına həbs qoyulub.

Publika.az Gununsesi.info-ya istinadən xəbər verir ki, iş adamına məxsus “Port Baku”dakı mənzilinə, bazarına, bundan başqa bu yaxınlarda “Sea Breeze”də aldığı yeni bir neçə mənzilə, çoxsaylı avtomobillərinə həbs qoyulub.

Bundan başqa, Adnan Əhmədzadənin özünün və həyat yoldaşı Gülsəfa Cəfərovanın Azərbaycan banklarındakı hesabları da bloklanıb.

Qeyd edək ki, Adnan Əhmədzadə bir neçə gün əvvəl həbs edilib. Ona qarşı mənimsəmə, dövlətin iqtisadi təhlükəsizliyinə təhdid yaradan cinayətlər üzrə ittihamelan olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm