Dünya
Bu ölkə Britaniyaya qapı açdı: Nüvə silahı daşıyan qırıcıları qəbul edəcək

Estoniya öz ərazisində nüvə silahı daşıya bilən Britaniya qırıcılarını yerləşdirməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur "The Telegraph"a bildirib.
Estoniyanın gələcəkdə öz ərazisində Böyük Britaniyanın nüvə silahına malik "F-35A" qırıcılarını qəbul etməyə hazır olub-olmayacağı ilə bağlı suala Pevkur belə cavab verib: "Müttəfiqlər üçün qapı həmişə açıqdır".
Qeyd edək ki, Britaniyanın "F-35" qırıcıları NATO-nun Baltikyanı Havadan Mühafizə Missiyası çərçivəsində uzun müddətdir Estoniyadakı Emari aviabazasına yerləşdirilib. Üç Baltikyanı dövlətin heç birinin öz döyüş təyyarəsi yoxdur.
Britaniya ordusuna bağlı mənbə nəşrə bildirib ki, “Estoniyada taktiki mövqedə strateji qüvvələrin olmasına ehtiyac yoxdur”.
Onun sözlərinə görə, "F-35A" təyyarəsi təxribat kimi çox çəkindirici funksiyanı yerinə yetirəcək, eyni zamanda Rusiyanın ilk zərbəsi zamanı yüksək risk altında olacaq.
Adəm

-
Nəqliyyat18:36
Bu qəsəbələrdə yaşayanlara ŞAD XƏBƏR - Yeni marşrut avtobusu fəaliyyətə başlayır
-
Nida Xəbər 17:36
BMT Baş Assambleyasında yüksəksəviyyəli debatlar başladı
-
Region16:08
Türkiyədə ağır qəza: 18 rusiyalı xəstəxanaya yerləşdirilib
-
Cənubi Qafqaz15:40
Paşinyan Ermənistan konstitusiyasını tənqid etdi: “Hamı ona nifrət edir”
-
Kriminal14:34
Adnan Əhmədzadənin vəkili dövlət qurumunda işləyirmiş? - FOTO
-
Dünya12:30
Polis Makronun maşınını saxladı: Trampa zəng edib görün nə dedi - VİDEO
-
Magazin211:53
Kardaşyan bütün sirrini açdı: Ombasını formada saxlamaq üçün hər gün bir saat... - FOTOLAR
-
İqtisadi gündəm11:26
Ata olanlara ŞAD XƏBƏR: Ödəniş ola bilər