Nida Təhlil
ABŞ-dan Araikgilin işi haqda gözlənilməz cavab - Ermənilər hansı vəziyyətə düşüb?
Azərbaycan və Ermənistanın sülh gündəliyinin inkişafı fonunda “ofsayd” vəziyyətinə düşən erməni diasporu mövcudluğunu qorumaq üçün müxtəlif məsələləri gündəmə gətirməyə çalışır. Hərbi cinayətlər törətmək ittihamı ilə Bakıda məhkəmə qarşısına çıxarılan ermənilər – Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan və digərlərinin müdafiə olunması, onların azadlığa çıxması üçün Qərb ölkələrinin siyasi rəhbərliklərinə müraciətlərin edilməsi də erməni diasporunun diqqət ayırdığı məsələlərdən biridir.
Publika.az xəbər verir ki, Amerika Erməni Milli Komitəsi (ANCA) Tramp Administrasiyasına məktub ünvanlayıb. Məktubu Konqresin erməni qrupuna daxil olan 87 üzvü imzalayıb.
Bu konqresmenlər ABŞ-da lobbi maraqlarını həyata keçirənlərdir. Onlar erməni diasporunun dəstəyi qarşılığında ABŞ-ın milli siyasətində erməni maraqlarının təmin edilməsinə çalışır. Tramp Administrasiyası isə “Vaşinqton bataqlığı”nın qurulması siyasətinə uyğun olaraq, lobbi qruplarının fəaliyyətini məhdudlaşdırmaq istiqamətində addımlar atır.
Məktuba verilən cavab da bu kontekstdə diqqət çəkir. Dövlət Departamentinin Qanunvericilik Məsələləri İdarəsinin nümayəndəsi Paul Qualiano tərəfindən imzalanmış məktubda bildirilir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları Bakıda ittiham olunan ermənilərin məhkəməsində imkan daxilində iştirak etməyə çalışırlar. Eyni zamanda, Dövlət Departamentinin nümayəndəsi “ermənilərin Qarabağa qayıtması məsələsini” diqqətdə saxladıqlarını bildirib.
Erməni diasporu/lobbisi ABŞ Administrasiyasının cavab məktubunu sevinclə qarşılayıblar. Lakin Tramp Administrasiyasının erməni diasporunun müraciətinə laqeyd cavabı diqqət çəkir.
Birincisi, Bayden Administrasiyasından fərqli olaraq, ANCA-nın müraciətinə yüksək səviyyəli məmur yox, Dövlət Departamentinin Qanunvericilik Məsələləri İdarəsinin nümayəndəsi cavablayıb: ABŞ-ın əvvəlki administrasiyası dövründə adətən cavablar ya dövlət katibi, ya da müavinləri səviyyəsində verilirdi;
İkincisi, Dövlət Departamenti səfirlik əməkdaşlarının ermənilərin məhkəməsində “imkan daxilində” iştirak etdiyini bildirir: bu qeyd Tramp Administrasiyası üçün “ermənilərin məhkəmə işi”nin maraqlı olmadığının ifadəsidir;
Üçüncüsü, Vaşinqdon “ermənilərin Qarabağa qayıtmasının” qeyri-mümkünlüyünü anlayır, xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyanın da bundan imtina etməsi fonunda: “məsələni diqqətdə saxlayırıq” demək diplomatik cavab kimi görünür;
Göründüyü kimi, ABŞ üçün nə Araikgilin məhkəməsi, erməni diasporu, nə də onların istəkləri maraqlı deyil. İndiyə qədər ABŞ-ın xarici siyasətində ciddi təsir edən erməni diasporu\lobbisi üçün belə yanaşma gözlənilməz zərbə hesab oluna bilər.
Asif
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region15 Aprel 18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial15 Aprel 17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi














.jpg)




















