Sosial
Eldar Mahmudov həbs olunacaq? - Vəkilindən açıqlama
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbs ehtimalı ilə bağlı yayılan informasiyalara onun vəkili reaksiya verib.
Publika.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya danışan vəkil Cavid Rzazadə bildirib ki, Eldar Mahmudovla bağlı hər hansı araşdırma və ya cinayət təqibi aparılması barədə onlara məlumat verilməyib.
Vəkilin sözlərinə görə, son günlər mediada yayılan məlumatlardan xəbərdardırlar: “Prokurorluqdan bizə belə bir məlumat daxil olmayıb. Mən şəxsin vəkiliyəm. Eldar Mahmudov hansısa istintaq orqanında dindirilsə, mütləq xəbərim olardı”.
Müdafiəçi keçmiş MTN şefinin adının Ramiz Mehdiyevlə yanaşı hallandırılması barədə suala isə cavab verməyib.
Xatırladaq ki, İspaniyanın “Diario de Mallorca” nəşrinin yazdığına görə, Azərbaycanın Baş Prokurorluğu Palma şəhər məhkəməsi və Balear adalarının Korrupsiyaya qarşı Prokurorluğuna göndərdiyi məktubda Mahmudovlar ailəsi ilə bağlı məlumatlar təqdim edib. Azərbaycan Prokurorluğunun bildirdiyinə görə, hazırda sabiq nazir Eldar Mahmudov və digər şəxslər barəsində ayrıca cinayət işi aparılır. Əldə edilmiş məlumatlarda göstərilib ki, Mahmudov ailəsinin Azərbaycanda və Avropanın bir çox ölkəsində (İspaniya, Almaniya, Böyük Britaniya, Lüksemburq, İtaliya) 100 milyon avrodan artıq dəyəri olan əmlakları mövcuddur.
Azərbaycan Baş Prokurorluğundan isə bu barədə heç bir açıqlama verilməyib.
-
Hadisə05:15Faciəvi şəkildə ölən müəllimin görüntüləri - Video
-
Qoroskop01:40Günün ulduz falı: geri çəkilib plan qurmaq faydalı olacaq
-
Nida Xəbər 00:47Bakıda müşahidə olunan dronlarla bağlı ekspert açıqlaması - Bu, açıq-aşkar göstərir ki...
-
Sosial00:25Bu gün İlaxır çərşənbədir
-
Sosial16 Mart 23:00İşləyənlərin nəzərinə: 19 martla bağlı qərar verildi
-
Sosial16 Mart 22:18Bakı metrosunda yeni qadağa: 30 manat cərimələnmək istəmirsizsə... - Foto
-
ABŞ16 Mart 21:39Trampdan bu ölkələrə çağırış: Gəlib bizə kömək edin!
-
Ekologiya16 Mart 21:26Güclü maqnit qasırğası baş verəcək - Xəbərdarlıq edildi

































