Sosial
GİKM tərəfindən gənclər üçün “Şəxsi inkişaf kitabçası” hazırlanıb - FOTOLAR
23 oktyabr 2025-ci il tarixində gənclərin şəxsi və peşəkar inkişafının dəstəklənməsi məqsədilə Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən hazırlanmış “Şəxsi inkişaf kitabçası”nın təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, tədbirin açılışında GİKM-in baş direktoru Azər Əliyev çıxış edərək, kitabçanı gənclərin şəxsi inkişafı üçün vacib təşəbbüslərdən biri kimi dəyərləndirib.
Qeyd olunub ki, kitabça gənclərin şəxsi inkişaf planı, özünü kəşf etməsi, məqsədlərini müəyyənləşdirməsi və peşəkar bacarıqlarının inkişafı üçün praktik vasitə kimi hazırlanıb. Kitabçada həm nəzəri biliklər, həm də testlər və praktiki tapşırıqlar mövcuddur.
Daha sonra iştirakçılara kitabçanın məzmunu, bölmələri və istifadəyə dair təlimatlar təqdim olunub. Təqdimat proqramı interaktiv müzakirələr, sual-cavab sessiyası və gənclərin fəal iştirakı ilə davam edib. Qrup fəaliyyətləri vasitəsilə gənclər kitabçadan real istifadəyə dair praktiki biliklər qazanıblar.
Qeyd edək ki, bu GİKM tərəfindən hazırlanan sayca ikinci əyani vəsaitdir. Bundan öncə də gənclər üçün “Karyera bələdçisi” hazırlanaraq, gənclərin istifadəsinə verilib. “Şəxsi inkişaf kitabçası” gənclərin fərdi potensialının üzə çıxarılması, liderlik, məqsədqoyma və vaxtın idarə edilməsi kimi bacarıqlarının formalaşmasına təkan vermək məqsədi daşıyır.
-
Nida Xəbər 19:00Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?
-
Rəsmi xronika17:24Prezident generalı vəzifəsindən azad etdi - FOTO
-
Nida Xəbər 17:07“Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək...” - Sirlər açılır
-
Dünya15:40Şimali Kiprdə yeni prezident and içdi: Tufan Erhürman kimdir?
-
Magazin113:57"Tamaşaçı da elə bilir ibadət edirəm” - Alim Qasımov
-
Region13:20Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Çox yüksək səviyyədə...
-
Region12:14Moskvadan İrəvana eyham: Tanqo üçün iki nəfər lazımdır
-
İdman11:53Messinin görüşdüyü qadın kimdir? - Həyəcanını gizlədə bilmədi - FOTOLAR



















.jpg)
















