Sosial
Abşeronda 12 noyabr - Konstitusiya Günü qeyd edildi - FOTOLAR
Abşeron rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 noyabr - Konstitusiya Günü qeyd edilib.
Publika.az xəbər verir ki, Xırdalan şəhərində keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Ramid Namazov, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron rayon Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
İştirakçılar əvvəlcə Xırdalan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Mərkəzinin foyesində rəsmlərdən ibarət təşkil olunan sərgiyə baxış keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb, Dövlət Himni oxunub.
Sonra Abşeron RİH tərəfindən hazırlanmış Konstitusiyamızın 30 illiyinə həsr olunan sənədli film nümayiş olunub.
Tədbirdə iştirakçıları Konstitusiya Günü münasibəti ilə təbrik edən Abşeron RİH-in başçısı Abdin Fərzəliyev ölkəmizdə konstitusiyanın yaranmasından, Ümummilli Lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən və konstitusiyada olan maddələrin yerinə yetirilməsi istiqamətində dövlətimiz tərəfindən görülən işlər barədə çıxış edib. O bildirb ki, 1978-ci il aprelin 2-də Ulu Öndər Heydər Əliyevin təklifi ilə o dövrdə yeni Konstitusiyanın 73-cü maddəsində “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” kimi redaksiyada verilib. Ulu Öndər Heydər Əliyev bu tarixi əhəmiyyətli fəaliyyəti ilə dilimizin keşiyində durmuş, bu maddəni dövlətin əsas qanunu olan Konstitusiyaya salmaqla xalqımızın gələcək taleyini təmin etmişdir.
Bildirilib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra onun konstitusiyasının qəbulu, burada müstəqilliyimizi təsbit edəcək maddələrin salınması və inkişaf yolumuzun müəyyənləşdirilməsi ən ümdə duran məsələlərdən biri olub. Müstəqilliyimizin ilk illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanıb. 1995-ci il noyabrın 12-də keçirilən referendumda seçicilərin 86 faizi iştirak edib və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib. Beləliklə, dövlətimizin əsas qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlanılıb.
RİH başçısı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi dövlət siyasətimiz bu gün də Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Müzəffər Ali Baş Komandanımızın uzaqgörənliyi, siyasi iradəsi, qətiyyəti, ordumuzun döyüş əzmi, şəhidlərimizin qəhrəmanlığı sayəsində xalqımız düşmən üzərində qalib gəldi və bununla da Konstitusiyamızın əsas maddələri olan - ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olundu.
Daha sonra YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron rayon Prokuroru Qabil Qasımov, Vətən Müharibəsi şəhidi İlqar Vəliyevin oğlu Vəli Vəlizadə çıxış edərək müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunmasının tarixi əhəmiyyətindən, 44 günlük Vətən Müharibəsinfə qazanılan şanlı qələbədən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından danışıblar.
-
Nəqliyyat18:30Bakıda axşam tıxacı: Bu yollar keçilməz oldu
-
Ekologiya18:20Baş nazir qərar imzaladı: 2035-ci ilə qədər...
-
Sağlamlıq18:00Gündə on min addım, iki litr su: Mütəxəssisdən mühüm tövsiyə
-
Sosial16:43Bu müavinətlərin ümumi məbləği artırılır
-
Sosial15:30Bu şəxslərə leytenant hərbi rütbəsi veriləcək
-
Rəsmi xronika14:43İlham Əliyev yeni icra başçılarını qəbul etdi - FOTO
-
Nida Xəbər 14:11Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı
-
Rəsmi xronika13:48Prezident Kürdəmirə yeni icra başçısı təyin etdi
























.jpg)





.jpg)

.jpg)


