İqtisadi gündəm
Azərbaycanda bu məhsulların qiyməti - BAHALAŞDI
İrandan gətirilən əksər məhsulların qiymətində artım var. Bura qida, yuyucu məhsullar, mebel, tikinti materialları aiddir.
Publika.az xəbər verir ki, satıcılar bahalaşmanın səbəbini İranda baş verən hadisələr və idxal problemi ilə əlaqələndirirlər:
"Hazırda idxalda ən çox çətinlik yaşanan məhsullar arasında yağlar və bəzi yuyucu vasitələr üstünlük təşkil edir. 2.20 manata satdığımız qab şampunu hazırda 2.90 manat, 6.90 olan yuyucu vasitə hazırda 8 manatdır. Əksər məhsullarda 1-2 manat artım var. 20 manata olan yağ 25 manat, pendirlər 1 manatdan 2 manata,qaymaqların da qiyməti artıb".
İrandan ölkəmizə mebel də gətirilir. Satıcıların sözlərinə görə, bu məhsulların qiymətində son zamanlar kifayət qədər artım müşahidə olunur. Tikinti materiallarında da ortalama qiymət artımı 30-35 faiz təşkil edir.
İqtisadçı Fuad İbrahimovun sözlərinə görə, münaqişənin ilk günlərində İranda ixracın dayandırılması bir çox məhsulların qiymətinin artmasına səbəb olub:
"Baxmayaraq ki bəzi məhsulların anbarlarda kifayət qədər ehtiyatı var, yenə də artıq əlavə məhsulların gəlməsində problem yaranırsa, bu, birmənalı şəkildə bazarda qiymətlərin bahalaşmasına şərait yaradır. Bununla bərabər İran ərazisindən tranzit gələn məhsullarda da kifayət qədər yubanmalar var ki, bu həmin ərazidən idxal olunur. Bu ləngimələr də öz növbəsində bu məhsulların qiymətlərinin bahalaşmasına, eyni zamanda qıtlığına gətirib çıxara bilər".
Qeyd edək ki, mövcud vəziyyət uzun müddət davam edərsə, qiymətlər bahalaşmağa davam edəcək.(milli.az)
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






.jpg)




.jpg)

























