Dünya
Trampın şok Ukrayna planı: Zelenskidən elə şey tələb etdi ki...
ABŞ prezidenti Donald Tramp və onun komandası Ukraynadakı müharibəni dayandırmaq üçün əsas şərtini irəli sürüb. Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin (USQ) Donbasdan tamamilə çıxarılmasını tələb edir.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski danışıb.
Zelenskinin sözlərinə görə, Ağ Ev administrasiyası müharibənin həlli üçün Ukrayna qoşunlarının sözügedən ərazilərdən geri çəkilməsindən başqa heç bir variantı nəzərdən keçirmir.
Ukrayna lideri ABŞ tərəfi ilə aparılan danışıqların təfərrüatlarını da açıqlayıb. O bildirib ki, Mayamidə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşlər keçirilib. Lakin Zelenskinin qiymətləndirməsinə görə, bu müzakirələr hələlik heç bir müsbət nəticə verməyib.
Xatırladaq ki, "Axios" portalı bir qədər əvvəl rəsmi Kiyevin Vaşinqtondan gələn təzyiqlərin artmasından ciddi narahat olduğunu yazmışdı. Məlumata görə, ABŞ-ın Yaxın Şərqdə (İranla bağlı) hərbi gərginliyi bitirməyə fokuslanması, Ukrayna məsələsində daha sərt və güzəştsiz mövqe tutmasına səbəb ola bilər. Zelenski isə öz növbəsində Vaşinqtonun İranla bağlı yanaşmasını tənqid edərək, ABŞ-ın bu prosesi bitirməkdə həddindən artıq tələsdiyini vurğulayıb.
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər













.jpg)
.png)






















