Sosial
"Unibank" şəhid ailələri ilə bağlı daha bir tədbirə dəstək olub - FOTO
"Unibank" KB Zəfərimizin 5-ci ildönümü ilə bağlı şəhid ailələrinə dəstək məqsədi ilə keçirilən tədbirə dəstək olub.
Publika.az xəbər verir ki, şəhid ailələrinin psixoloji rifahının və sosial dayanıqlığının gücləndirilməsinə yönəlmiş “Zəfər ruhu: Şəhid ailələri üçün həmrəylik və psixososial dəstək proqramı” 8 oktyabr – 8 noyabr tarixlərini əhatə edib.
Layihə Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi tərəfindən "Unibank" KB ASC-nin dəstəyi ilə həyata keçirilib. Bir aylıq proqram müddətində şəhidlərin həyat yoldaşları və övladları ilə fərdi psixoloji seanslar və qrup terapiyaları keçirilib.
Layihə çərçivəsində şəhid ailələri ziyarət olunub, onların mənəvi rifahını dəstəkləməyə yönəlmiş terapiya və meditasiya seansları təşkil edilib. Proqram “Zəfər ruhu” adlı tədbirlə yekunlaşıb. Şəhid ailələrinə bankın adından xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, şəhid və qazi ailələrinə dəstək “Unibank”ın korporativ sosial siyasətinin əsas istiqamətlərindən biridir və bu istiqamətdə davamlı layihələr həyata keçirilir.
"Unibank" – Sənin Bankın!
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək



































