Əhalinin nəzərinə! - Gələn il 450 minə yaxın şəxs...
Bizi izləyin

Sosial

Əhalinin nəzərinə! - Gələn il 450 minə yaxın şəxs...

İşsizlikdən Sığorta Fondu (İSF) müvafiq sığorta ödənişləri ilə yanaşı, aktiv məşğulluq tədbirlərinin genişləndirilməsində də əhəmiyyətli rola malikdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, gələn il fondun gəlirlərinin bu ilə nisbətən 31,9 milyon manat (15,5 faiz) çox olmaqla 238,3 milyon manat olması nəzərdə tutulur.

İSF-nin xərclərinin isə cari illə müqayisədə 5,7 milyon manat (2,2 faiz) çox olmaqla 266,4 milyon manat olacağı proqnozlaşdırılır.

Həmin xərclərin işsizliyə görə sığorta ödənişləri və həmçinin özünüməşğulluq proqramının icrası, peşə hazırlığı, haqqı ödənilən ictimai işlərin və əlavə təhsilin təşkili, peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi, peşə standartlarının hazırlanması, sosial iş yerlərində əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi, sosial müəssisələrin yaradılması, məqsədli proqramların həyata keçirilməsi və digər aktiv məşğulluq tədbirlərinə yönəldilməsi nəzərdə tutulur.

Ümumilikdə İSF-nin vəsaiti hesabına 2026-cı ildə 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması işləri aparılacaq.

İşsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradan özünüməşğulluq proqramının icrasının uğurla davam etdirilməsində İSF gələn il də mühüm dəstək olacaq.

Gələn il 15 min ailə üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatların qurulması nəzərdə tutulur. Onlardan 8 mini üçün fondun vəsaiti hesabına, qalan 7 mini üçün Dünya Bankı layihəsi çərçivəsində təsərrüfatlar yaradılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm