Dünyanın ən qəribə qadağaları: Bu ölkədə ölmək belə olmaz - FOTOLAR
Bizi izləyin

Dünya

Dünyanın ən qəribə qadağaları: Bu ölkədə ölmək belə olmaz - FOTOLAR

Dünyanın müxtəlif yerlərində gündəlik həyata təsir edən bəzi qəribə qanunlar mövcuddur. İlk baxışdan inanılmaz görünə biləcək bu qaydalar əslində ciddi cəzalara səbəb olur.

Publika.az həmin ölkələri təqdim edir:

İsveçrədə saat 22:00-07:00 arası tualetin sifonunu çəkmək qadağandır. Bu qayda daha çox köhnə binalarda yaşayanlara aiddir. Çünki bu tipli binalarda səs izolyasiyası zəif olduğu üçün yaranan səs-küy qonşuları narahat edə bilər.

Sinqapurda saqqız çeynəmək 1992-ci ildən bəri qadağandır. Əsasən ictimai yerlərdə qapı və ya stollara yapışdırılan saqqızlar höküməti bu qaydanı qəbul etməyə vadar edib.

Miflərə görə, ABŞ-da cibinizdə dondurma konusu daşımaq qadağandır. Bu qadağanın mənşəyi 19-cu əsrdə at oğurluğu ilə bağlı köhnə qaydalardan gəlir. Həmin dövrdə insanlar başqasının atını oğurlamaq üçün ciblərinə dondurma və ya başqa şirin yemək qoyar, atlar da qoxunu hiss edib sahibini tərk edərmiş.

Böyük Britaniyada Parlament binasında ölmək "qadağandır". Parlament binası “kral torpağı” sayıldığı üçün, orada ölən hər kəsə dövlət mərasimi ilə dəfn hüququ düşür. Bu isə dövlət üçün əlavə rəsmi prosedurlar deməkdir. Mifə görə, bunun qarşısını almaq üçün orada ölmək “qanunsuz” elan olunub.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm