Sosial
“Veysəloğlu Distribusiya”nın rəhbər heyəti Böyük Britaniyada qabaqcıl logistika təcrübələri ilə tanış olub
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkətinin Tədarük Zənciri direktoru, İdarə Heyətinin üzvü Tural Cəfərli və Anbar Əməliyyatları Departamentinin müdiri Fəxrim Cabbarlı təcrübə artımı və beynəlxalq qabaqcıl praktikaların Şirkətlər Qrupu daxilində tətbiqi məqsədilə Böyük Britaniyaya işgüzar səfər ediblər.
Səfər çərçivəsində rəhbər heyət Böyük Britaniyanın aparıcı distribusiya şirkətləri - Mançesterdə yerləşən James Hall & Co. LTD, Şimali İrlandiyanın Henderson Group, eləcə də Londonda fəaliyyət göstərən A.F. Blakemore şirkətlərinin müasir, avtomatlaşdırılmış, robotlaşdırılmış və yüksək texnoloji həlləri ilə seçilən logistik mərkəzlərini ziyarət edib.
Bu mərkəzlərdə tətbiq olunan qabaqcıl anbar idarəetmə sistemləri, robot texnologiyaları, məhsul yığımı və çeşidlənməsi üzrə avtomatlaşdırılmış proseslər, həmçinin təchizat zənciri üzrə rəqəmsal idarəetmə modelləri ilə yaxından tanış olunub. Görüşlər zamanı müasir logistika tendensiyaları, iş proseslərinin optimallaşdırılması və səmərəliliyin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Səfərin əsas məqsədi "Veysəloğlu Distribusiya" tədarük zənciri əməliyyatlarının (tələb proqnozlaşdırılması, tədarük, anbar əməliyyatları, yerli və ölkəxarici nəqliyyat, logistika infrastrukturu və s.) beynəlxalq standartlara uyğunlaşdırılması, innovativ texnologiyaların tətbiqi və ümumi səmərəliliyin artırılması istiqamətində yeni imkanların araşdırılması olub.
Veysəloğlu Şirkətlər Qrupu rəqabət qabiliyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin artırılması üçün müasir texnoloji həllərin tətbiqinə daim önəm verir. Böyük Britaniyaya təşkil olunan bu səfər də Şirkətlər Qrupunun fəaliyyətində innovativ yanaşmaların genişləndirilməsi, beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi və dünya praktikasına inteqrasiya istiqamətində atılan mühüm addımlardan biridir.


-
Sosial17:00AQTA-dan xəbərdarlıq: Bu uşaq qidası təhlükəlidir - FOTO
-
Rəsmi xronika16:27İlham Əliyev iki fərman imzaladı
-
Region16:20Qukasyanın oğlu HƏBS EDİLDİ
-
Nida Xəbər 15:14Ermənistan Bakıya onları göndərib - SİYAHI
-
Hadisə14:30Bakıda otelin qarşısında faciə: 4 nəfər öldü - YENİLƏNDİ
-
Hadisə13:57Polkovnik Yaqub Əhədovu maşın vurub öldürdü
-
Sosial12:56Vergi Məcəlləsinə və 16 qanuna dəyişikliklər ilk oxunuşda qəbul edildi
-
İdman12:15AFFA prezidenti qərar verdi: Milli komanda ona tapşırılır











.jpg)





















