Sosial
Vergi Məcəlləsinə və 16 qanuna dəyişikliklər ilk oxunuşda qəbul edildi
Milli Məclis vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri ilk oxunuşda qəbul edib.
Publika.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsi və "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Sosial sığorta haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Tibbi sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında", "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında", "Sığorta fəaliyyəti haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Gömrük tarifi haqqında", "Nağdsız hesablaşmalar haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlarda dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Vergi Məcəlləsinin 2.8-ci maddəsindən irəli gələrək növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində hazırlanmış Vergi Məcəlləsinə dəyişiklik layihəsi 3 blokdan ibarət olmaqla ümumilikdə 45 əsas maddə üzrə 145 dəyişiklikdən ibarətdir.
Məcəllənin həmin maddəsində qeyd edilib ki, növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri və layihələrdə nəzərdə tutulan vergi azadolmalarının və güzəştlərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada aparılan qiymətləndirilməsinin nəticələrinə dair arayış müvafiq icra hakimiyyəti orqanına cari ilin may ayının 1-dək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə Milli Məclisə cari ilin may ayının 15-dən gec olmayaraq təqdim edilir.
Sözügedən dəyişikliklər paketinin əsas istiqamətləri investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi daxilolmalarının və büdcə gəlirlərinin tənzimlənməsi, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və kölgə iqtisadiyyatına qarşı mübarizədir.
"Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişikliklər isə sahibkarların sosial sığorta yükünün optimallaşdırılması, Naxçıvan Muxtar Respublikasında ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması istiqamətlərini əhatə edir.
Dəyişikliklər paketinin layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
-
Sosial12:56Vergi Məcəlləsinə və 16 qanuna dəyişikliklər ilk oxunuşda qəbul edildi
-
İdman12:15AFFA prezidenti qərar verdi: Milli komanda ona tapşırılır
-
Rəsmi xronika12:08İlham Əliyev sərəncam imzaladı
-
İdman11:33Ronaldonu Ağ Evlə birləşdirən sirr: Atası ona bu adı kimin şərəfinə verib?
-
Dünya10:49Müəllim bu zarafata görə işdən qovuldu və... - FOTO
-
Dünya10:36Ən azı 24 uşaq ölüb: Bu öskürək siropundan
-
Rəsmi xronika10:21Prezident forum iştirakçılarına məktub ünvanladı
-
Magazin209:12Bu da dünyanın ən gözəl qızı Fatimə




































