Nida Xəbər
Ermənistan Bakıya onları göndərib - SİYAHI
Xəbər verdiyimiz kimi, 2025-ci ilin 21 noyabr tarixində Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycan paytaxtına səfər edib.
Publika.az xəbər verir ki, bu səfər 21-22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan nümayəndə heyətinin İrəvana səfərinə cavab xarakteri daşıyır.
Tərəflər 8 avqustda Vaşinqtonda qəbul edilmiş Birgə Bəyanatdan sonra müəyyənləşdirilmiş sülh gündəliyi çərçivəsində dialoqu davam etdirirlər.
Bu gün səhər Bakıya çarter reysi ilə gələn erməni nümayəndə heyətinin tərkibi açıqlanıb. Heyətə İrəvan Mətbuat Klubunun fəxri prezidenti Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və hüquq müdafiəçisi Naira Sultanyan daxildir.
Ermənistan hava yollarına məxsus təyyarə SSRİ-nin dağılmasından sonra ilk dəfə olaraq Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanına eniş edib.
Məlumata görə, Ermənistan hökuməti 5 nəfərlik nümayəndə heyətinin Bakıya səfərinin həyata keçirilməsi üçün 17 milyon 550 min dram (təxminən 45,6 min dollar) vəsait ayırıb.
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?































