Sosial
MM viza ilə bağlı bu sazişləri ratifikasiya etdi
Azərbaycanın bəzi ölkələrlə imzaladığı ümumvətəndaş, diplomatik, xidməti, xidməti/rəsmi və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişlər ratifikasiya olunub.
Publika.az xəbər verir ki, bununla bağlı yeddi müvafiq qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub.
İclasın gündəliyindəki həmin məsələlər "Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in, "Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in, "Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in, "Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in, "Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in, "Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in və "Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiqi barədə qanun layihələridir.
Sənədlər müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
-
Sosial11:24Menyu bahalaşır, porsiya kiçilir: Qarşıdakı 2-3 ildə...
-
İqtisadi gündəm11:122026-cı ildə dolların məzənnəsi ilə bağlı proqnoz açıqlandı: Daha da...
-
İdman10:12Həbib Ronaldo ilə İnfantinonu hədələdi və... - VİDEO
-
Maraq dünyası09:12Hərəkət, cəsarət və ilham ili: Qırmızı at o kəslərə ziyan vuracaq ki...
-
Sağlamlıq08:4940 il əvvəl proqnoz verilmişdi – Azərbaycanda əhali arasında sürətlə yayılmağa başladı
-
Nida Xəbər 07:35Azərbaycanda icra hakimiyyətləri LƏĞV EDİLİR?
-
Magazin107:15Xanımına mağaza açdı, avtomobil aldı
-
Nida Xəbər 02:00Azərbaycan XİN-dən Monteneqronun viza qərarına REAKSİYA



















.jpg)



.jpg)







.jpg)