İdman
Həbib Ronaldo ilə İnfantinonu hədələdi və... - VİDEO
UFC-nin yüngül çəki dərəcəsində keçmiş çempionu Həbib Nurməhəmmədov futbol üzrə 2026-cı il dünya çempionatının bir oyununa iki VIP-biletin sahibi olub.
Publika.az xəbər verir ki, hazırda Dubayda Dünya İdman Sammiti keçirilir. Tədbirdə idman dünyasının bir çox ulduzları ilə yanaşı, Həbib Nurməhəmmədov da iştirak edib. Keçmiş MMA döyüşçüsü "Madinat Jumeirah" kompleksinin zalında ön sırada əyləşərkən səhnədə FIFA prezidenti Canni İnfantino onunla birlikdə olan əfsanəvi braziliyalı hücumçu Ronaldo Nazarioya iki biletin veriləcəyi şanslı şəxsi seçməyi təklif edib.
Bu seçim Nurməhəmmədovun üzərinə düşüb. O, Ronaldonu fəal şəkildə özünə səs verməyə çağırıb və hətta zarafatla braziliyalını hədələyib. Ronaldo buna cavab olaraq “Həbib artıq məni döyür” deyə zarafat edib. İnfantino isə “Bu, ən təhlükəsiz variantdır” sözləri ilə braziliyalını dəstəkləyib.
Səhnəyə çıxan Həbib İnfantinoya müraciət edərək biletlərin VIP olub-olmayacağını soruşub: “Mən artıq adi biletlər almışam. Mənə VIP lazımdır, zəhmət olmasa”, - deyə Nurməhəmmədov qeyd edib. FIFA prezidenti isə idmançıya bu xahişi yerinə yetirəcəyinə söz verib.
Heybət
-
Region23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin122:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi








.jpg)




.png)




















