Sosial
Saxta iş təklifləri ilə bağlı XƏBƏRDARLIQ
Son günlər sosial şəbəkələrdə və ani mesajlaşma platformalarında, xüsusilə teleqram vasitəsilə “Temu 1106” adlı kanal tərəfindən vətəndaşlara saxta iş təkliflərinin göndərilməsi halları müşahidə olunur.
Publika.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
Məlumata görə, “Temu iş təklifi” adı altında təqdim edilən bu məlumatlar dələduzluq xarakteri daşıyır.
Dələduzlar vətəndaşlara “ev şəraitində onlayn qazanc”, “asan iş”, “sifarişlərin yerinə yetirilməsi ilə yüksək gəlir” kimi saxta və cəlbedici təkliflər göndərir, daha sonra onları müxtəlif keçidlərə yönləndirərək fərdi məlumatlar vasitəsilə vəsaitlərini ələ keçirirlər.
ETX vətəndaşlara bu kimi paylaşımlara etibar etməməyi, şübhəli mənbələrdən daxil olan mesajlardakı keçidlərə daxil olmamağı, eləcə də bank və digər şəxsi məlumatları heç bir halda təqdim etməməyi tövsiyə edir.
-
Dünya11:47Dəhşətli dərəcədə yaxındır - ABŞ-dan İran xəbərdarlığı
-
Sosial11:40Pensiya alanların nəzərinə
-
Rəsmi xronika11:04İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi
-
Yaxın Şərq10:48Əraqçidən hədə dolu bəyanat: İsraillə əlbir olanlar məsuliyyət daşıyacaqlar
-
Rəsmi xronika10:27Prezident bu nazirə yeni müavin təyin etdi - FOTO
-
Kriminal09:36“Referans” klinikasının direktoru arvadını niyə güllələyib?
-
Dünya08:49Trampla Si Cinpinin salamlaşması gündəm oldu - Video
-
Sağlamlıq08:24Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən danışdı - Video









.jpg)
.jpg)





















.jpg)


