Sosial
Tullantı suları üzrə üç yeni dövlət standartı qəbul edildi
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nəzdində fəaliyyət göstərən “Su ehtiyatları və meliorasiya sahəsi”nin Standartlaşdırılması üzrə Texniki Komitənin konsensus qərarı ilə tullantı suları üzrə üç yeni dövlət standartı hazırlanıb və Standartlaşdırma İnstitutu tərəfindən təsdiq edilib.
Agentlikdən Publika.az-a verilən məlumata görə, qəbul edilən dövlət standartları aşağıdakılardır:
* AZS 983:2025– “Təmizlənmiş tullantı sularının təkrar istifadəsi üzrə tələblər”;
* AZS 984:2025– “Tullantı sularının su və su təsərrüfatı obyektlərinə axıdılması üzrə tələblər”;
* AZS 985:2025– “Sənaye müəssisələri, ictimai iaşə obyektləri və fərdi xidmət sahələrinin istehlakçıları tərəfindən mərkəzləşdirilmiş kanalizasiya sisteminə axıdılan tullantı sularında zərərli və çirkləndirici maddələrin miqdarına və tərkibinə nəzarət”.
Yeni dövlət standartlarının tətbiqi su ehtiyatlarının təhlükəsiz və səmərəli idarə olunmasına, tullantı sularının təkrar istifadəsinin tənzimlənməsinə, su obyektlərinə axıdılan tullantı sularının ekoloji və sanitar-gigiyenik təhlükəsizliyinin təmin edilməsinə, eləcə də mərkəzləşdirilmiş kanalizasiya sisteminə daxil olan tullantı sularının tərkibinə nəzarətin gücləndirilməsinə xidmət edəcək.
Qeyd edək ki, təsdiq edilmiş dövlət standartları Standartlaşdırma İnstitutu tərəfindən Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
-
Magazin201:11Sərbəst buraxılan Danla Bilic onlara təşəkkür etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevgi həyatında sürpriz yaşana bilər
-
Magazin100:15Zaur Röyaya bahalı üzük bağışladı - VİDEO
-
Magazin118 Dekabr 23:48Aygün Kazımova ilə Samir Bağırov illər sonra bir arada - VİDEO
-
Magazin118 Dekabr 23:00Rəqsanə həyat yoldaşının VİDEOSUNU PAYLAŞDI
-
Sosial18 Dekabr 22:12Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ
-
İdman18 Dekabr 21:36"Qarabağ" uduzdu, "Sabah" liderliyi ələ keçirdi
-
Səhiyyə18 Dekabr 21:12Vəzifəli şəxs vəfat etdi






















